Cabir Turan Cəfərbəyli Şota Arveladze,Kaxa Kaladze(daha gənc) ,Timur Ketsbaya, Levon Kobiaşvili,Mixail Kavelaşvili, Georgi Kinkladze ,Aleksandr İaşvili və başqaları ... Bunlar Gürcüstan futbolunun "qızıl " nəslidir. Sovet hakimiyyəti dövründə yetişib, müstəqil dövrdə Millinin əsasını təşkil edən bu futbolçular Gürcüstan millisində heç nə edə bilmədilər Bir-iki həyacanlı tsikli çıxmaq şərtilə elə aşağı -yuxarı bizim kimi çıxış edirdilər. Halbu ki ,biz Rusiyanın 1-ci dəstəsində futbolçumuz olduğunda sevincdən həyacanlananda Gürcüstan millisinin əsasını "Ayaks", "Mançester Siti""Milan","Nyukası" kimi klublarda oynayan futbolçular təşkil edirdi. Amma dediyim kimi heç bir uğur olmadı. Bəli,həmin il milli komandalar arasında rəqabət güclü idi,bu bir səbəb. Bəs sonra? Ümumiyyətlə,ayrıca araşdırma mövzusu aparılmalıdır ki ,SSRİ dağıldıqdan sonra azı 10 il niyə Rusiya millisindən başqa heç bir post-sovet ölkəsinin komandası Dünya və Avropa çempionatına vəsiqə qazana bilmədi? Tamam,ilk illər ruslar SSRİ-nin varisi kimi FİFA-ya üzv olmaqdan istifadə edib İlya Tsımbalar,Oleq Salenko,Yuri Nikifirov,Viktor Onopko,Axrik Çveyba,Omari Tetradze kimi futbolçuları milliləşdirdi. Amma qalan futbolçularla da Ukrayna,Gürcüstan, Belarus milliləri heç bir uğur qazana bilmədi. Nəysə, mətləbdən uzaqlaşdım. Müstəqil Gürcüstan futbolunun "qızıl" nəslinin edə bilmədiyini böyük əksəriyyəti müstəqil Gürcüstanda doğulan futbolçulardan qurulan Milli komanda etdi və tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Millətlər Liqasından vəsiqə qazanması belə bu uğura kölgə salmamalıdır. Bu format elə məhz bizim , Gürcüstan kimi ölkələrin bu tip turnirlərə vəsiqə qazanması üçün təşkil olunub. Nə bilirsən,bəlkə Qurban Qurbanova şans verilsə idi , Gürcüstan millisinin yerində biz olacaqdıq? Amma yox, bazar,qohum-tanış məntiqi ilə idarə olunan federasiyalarda bu mümkün deyil. Gürcüstan Futbol Federasiyası futbolçular,özü də bizdə olan kimi kukla kimi,bir-iki kəlməni düz-qoş edib danışa bilməyənlər yox, müstəqil qərar vermək ,iş görmək qabiliyyətində olan keçmiş futbolçular idarə edir. Çünki bizdə bir süni meydana çəkilən xərcə,müasir futbol akademiyaları yaradan məntiq, şəxsiyyətlər idarə edir Gürcüstan futbolunu. Çünki gürcü futbolçular "altı çayxana,üstü moyka" təfəkkürü ilə yox,inkişaf etmək haqda düşünür. Ümumiyyətlə bilirsiz əsas səbəb nədir? Onların Mixail Mesxisi,Aleksandr Çivadze,David Kipiani,Vitali Daraseliya,Ramaz Şengeliya,Tengiz Sulakvelidzesi olub. Üstəlik bizim 1966 bürüncümüzə qarşı 2 SSRİ çempionluğu və 1981-ci ildə qazanılan Avropa Kuboklar Kuboku... Hələ 2 SSRİ kubokunu,5 ikinci ,13 üçüncü yeri demirəm. Bizdə? Anatoli Banişevski ? Hə,onu məhv edənlərdən biri elə özümüz olmuşuq. Ələkbər Məmmədov? Bizdən olub,bizimki olmayan. Latviya nümunəsini çıxmaq şərtilə ,belə məlum olur ki, futbol ənəsi olan ölkə olmaq da başqa şeydir. Nəzərə alsaq ki, əgər ənənəsi olmayan ölkə federasiyaları bazar məntiqi ilə idarə olunur,onda vəziyyət lap bərbaddır. Belə...
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo əfsanəvi boksçu Mayk Taysonla görüşüb. Sozcu.az xəbər verir ki, onlar Səudiyyə Ərəbistanının Əd-Diriya şəhərində keçirilən boks matçı zamanı bir araya gəliblər. Qeyd edək ki, qış transfer pəncərəsində "Əl-Nəsr"ə keçən Ronaldo yeni komandasında 5 oyuna 8 qol vurub, 2 qol ötürməsi edib.