Ronaldo: "Əl-Nəsr"də oynamağım millidəki mövqeyimə təsir etmir"

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında oynamasının Portuqaliya milli komandasındakı mövqeyinə təsir etmədiyini bildirib.

Qol.az "O Jogo"ya istinadən xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu deyib: “Mən Səudiyyə Ərəbistanında oynayıram, amma milli komandada da  çıxış edirəm.  Səudiyyə Ərəbistanına getdikdən sonra millidə üç oyun keçirmişəm. Buna görə də bu, mənim millidəki mövqeyimə təsir etmir. Məşqçiyə sual verə bilərsiniz.

Səudiyyə Ərəbistanında liqa yaxşıdır. İndi isə transferlər öz sözünü deyir. Mən xoşbəxtəm və ümid edirəm ki, daha çox qol vuracağam”.

Share on Facebook