"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun əməkdaşlarını mükafatlandırıb.
Sozcu.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəsis İngiltərə Premyer Liqanın qalibi olduğu üçün təqdim olunan bütün bonusunu onlara verib. Qvardiolanın bağışladığı məbləğ 876 min avrodur.
Məşqçi hesab edir ki, komandanın qələbəsində inzibatçıların və təhlükəsizlik işçilərinin böyük əməyi var.
Qeyd edək ki, "Mançester Siti" 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun, Çempionlar Liqasının qalibi olub.