"Lester"in yeni baş məşqçisi müəyyənləşib.
Sozcu.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Enzo Mareska təyin edilib. 43 yaşlı italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Mareska bu təyinatadək "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi idi.
Xatırladaq ki, "Lester" ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci pilləni tutub və elitanı tərk edib. Komanda 2022/2023 mövsümündə İngiltərə Çempionşipdə mübarizə aparacaq.