"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerası ilə bağlı fikirlərini bölüşüb.
Qol.az "Barca Universal"a istinadən xəbər verir ki, o deyib: “Mən qarşıma qoyduğum ən vacib hədəfə nail oldum. Bu, Argentina ilə dünya çempionatının kubokunu qazanmaq idi. Bu inanılmaz idi.
Mən fərdi mükafatlara görə heç vaxt narahat olmamışam, millidə və oynadığım klublarda uğur həmişə birinci yerdə olub və bu baxımdan karyeramda hər şey əla alınıb. Mən artıq şəxsi rekordlarımı izləmirəm".
Qeyd edək ki, PSJ ilə müqaviləsi bu ay başa çatan "Qızıl top"un yeddiqat sahibi Messi azad agent kimi "İnter Mayami"yə keçib.