Lionel Messi öz rekordunu yeniləyib

Argentina millisinin futbolçusu Lionel Messi öz rekordunu yeniləyib.

36 yaşlı hücumçu Avstraliya ilə yoldaşlıq görüşündə fərqlənməklə buna nail olub.

O, yığmanın heyətində ardıcıl 7-ci görüşdə qol vuraraq, yeni rekord müəyyənləşdirib. Messinin seriyası ötən ilin dekabrında DÇ-2022-nin 1/8 final mərhələsində məhz Avstraliya ilə qarşılaşmada başlayıb. Ulduz futbolçu buna qədər millidə iki dəfə ardıcıl 6 oyunda qol vurmağa müvəffəq olmuşdu.

Messi, həmçinin, karyerasında 699-cu qələbəsini qeyd edib. O, bunu 1028-ci görüşündə bacarıb. Komanda iyunun 19-da İndoneziya ilə yoldaşlıq görüşündə də qalib gələrsə, bu, Leonun 700-cü qələbəsi olacaq.

Qeyd edək ki, Argentina yığması Avstraliya üzərində 2:0 hesablı qələbə qazanıb.

Share on Facebook