"Real" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Sozcu.az xəbər verir ki, klub "Espanyol"un hücumçusu Xoselu ilə alaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat verib .
Madrid təmsilçisi 33 yaşlı ispaniyalı ilə bağlı müqavilə işlərinin son mərhələsindədir. Transfer yaxın günlərdə rəsmən açıqlana bilər.
Qeyd edək ki, Xoselu bu mövsüm La Liqada 34 oyun keçirib, 16 qol vurub və 2 qolun ötürməsini verib.