Kəlbəcərdə yük maşını aşdı SÜRÜCÜ ÖLDÜ

Kəlbəcərdə ölümnə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, ki sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ. Qasımov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qarabağ qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Zaur Hacıbala oğlu Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Qeyd edək ki, 1974-cü il təvəllüdlü baş-leytenant uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

3 gün əvvəl xəsarət alan azyaşlı xəstəxanada öldü

Cəlilabadda 3 gün əvvəl yanğın baş verən evdə xəsarət alan uşaq ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi. İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.

11-ci sinif şagirdi intihar etdi- TƏFƏRRÜAT - FOTO

Qazax rayonunda intihar hadisəsi baş verib. Rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər. Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Sozcu.az xəbər verir ki, musavat.com intihar hadisəsi ilə bağlı Qaymaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklə əlaqə saxlayıb. Nümayəndə Fikrət Əfəndiyev deyib ki, yeniyetmə 9-cu sinifdə məktəbdən ayrılıbmış. Ailədə bir bacı, bir qardaş olublar. “Valideynləri fərdi təsərüfatçıdırlar. Sakit, normal ailədirlər. Şəhrəddin valideyn himayəsində idi. Mənə deyilən məlumata görə, sakit uşaq imiş. Dəcəlliyi yox idi. Müəllimləri də razılıq edirdi. Kiminləsə davası da olmamışdı. Səhər erkəndən anası çölə çıxanda görüb ki, həyətdə özünü asıb. Hər kəs şok içindədir. Hamı təəssüflənir”.

Gerasimovun tələbə yoldaşı qətlə yetirildi

Kazan Tank Məktəbinin keçmiş rəis müavini, polkovnik-leytenant Valeri Xaxin öz evində ölmüş vəziyyətdə tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xaxinin çoxsaylı bıçaq zərbələrindən öldüyü bildirlib. Onun meyiti xalçaya bükülmüş vəziyyətdə qazanxanada arvadı tərəfindən aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, Valeri Xaxin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun tələbə yoldaşıdır.

Sumqayıtda universitet tələbəsi 7-ci mərtəbədən yıxıldı

Sumqayıtda 21 yaşlı oğlan 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb. 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov ölüb. socar vakansiya Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. F. İsmayılov universitet tələbəsi olub. Fakt araşdırılır.

Biləsuvarda faciə: Sınıqçı 2 yaşlı qızı masaj etdi, azyaşlı öldü

Biləsuvar rayonunda faciəvi hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağdaşda 28 yaşlı gənc öldürüldü

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Gəncədə zəlzələ oldu

Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcıq rayonunda 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerli vaxtla 09:31-də, yerin 7 km dərinliyində qeydə alınıb.

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb.  Əldə etdiyimiz məlumata görə, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb.  Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb.  vakansiyalar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakupost.az -a verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:  "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və 61 yaşlı şəxsə (qadın cinsli) təzyiq ilə əlaqədar yerində yardım göstərilib".  Məktəblə əlasə saxlasaq da telefonlara cavab verən olmadı.  Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı. 

Azərbaycan Ordusunun hərbçisi intihar etdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb. Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib: azal vakansiya "Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".