Çəkdiyi siqaret özünü yandırdı

Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb. Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb. M.Nəbiev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Trampa qarşı sui-qəsd: Bayden zəng etdi

ABŞ Prezidenti Co Bayden Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan respublikaçı namizəd Donald Trampla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi jurnalistlərə açıqlamasında deyib. “Bu axşam prezident keçmiş prezident Trampla danışıb”, – Ağ ev rəsmisi bildirib. O, söhbətin təfərrüatını açıqlamayıb. Onun sözlərinə görə, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Trampın mitinqinin keçirildiyi Batler şəhərinin meri Bob Dendoyla da danışıb. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.

Bakıda daha bir yeniyetmə dənizdə boğuldu

Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Nihad Yalçın oğlu Mirzəyev “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. Digər şəxs, 2010-cu il təvəllüdlü Mirkamil Mirəli oğlu Seyidovun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İranda güclü zəlzələ baş verdi

İranın cənubunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 207 min nəfər əhalisi olan Sircan şəhərindən 130 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bakıda üç nəfər dənizdə batdı: İkisi qardaşdır

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə 3 nəfərin batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

14 yaşlı uşağı "tok" vurub öldürdü

Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2010-cu il təvəllüdlü Sarıyev Elgün Elşən oğlunu su nasosunun cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda zavodda 53 nəfər zəhərlənib - Rəsmi

Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır. Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Azərbaycan Ordusunun zabiti faciəli şəkildə həlak oldu

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

Zavodda qazdan zəhərlənənlərin SON DURUMU

Xəbər verdiyimiz kimi Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində 3 fəhlə qazdan zəhərlənib. Modern.az mövzu ilə bağlı Sumqayıt Tibb mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 08.07.2024-cü il tarixində saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər: “Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda gənc oğlan dənizdə batıb.  Sozcu.az-ın məlumatına görə, hadisə Bilgəh çimərliyində qeydə alınıb. Dənizdə çimən 33 yaşlı Anar İsmayılov boğularaq ölüb. Onun meyiti sudan çıxardılaraq yaxınlarına təhvil verilib. 

Azərbaycanda tələbə qəfil ürəktutmadan öldü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Qeyd olunub ki, ADPU-nun Məktəbəqədər Təhsil fakültəsinin "Korreksiyaedici təlim" ixtisası üzrə son kurs tələbəsi Mehri Məhəmmədova dünyasını dəyişib. Onun qəfil ürəktutmasından öldüyü bildirilib.

Bakıda klinikada faciə: sünnət olunan uşaq öldü

Bakıda faciəli hadisə baş verib. Hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb. Oraya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib. Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.  Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.