Xudatda ağır qəza: 2 ölü, 1 yaralı

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində VAZ-21011 və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Qazaxda 18 tələbə dönərdən zəhərləndi - Yenilənib

09:57 Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Sozcu.az xəbər verir ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər. Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. *** Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", AQTA-dan bildirilib.

Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası Mahir Qəmbərov vəfat edib. Sozcu.az-ın məlumatına görə, o, ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib. Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.modern)

Gəncədə taksi sürücüsü bıçaqlandı

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəsul Osmanlı saxlanılaraq istintaqa təhvil verilib.  Faktla  bağlı araşdırma aparılır. 

Bakıda orta məktəb müəllimi özünü ASDI

Bakıda 37 yaşlı şəxs intihar edib. Sozcu.az xəbər verir ki, Yasamal rayonunun Bəsti Bağırova küçəsində yaşayan Ruslan İmanov özünü asıb. Canına qəsd edən şəxs Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olub. Onun kirayə yaşadığı evdə intihar etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

İki yaşlı uşağın masaj zamanı ağrı şokundan öldüyü müəyyən edilib, cinayət işi başlanıb

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

İranda güclü partlayışlar - Təcili

Sosial şəbəkələrdə bu gün səhər saatlarında İsfahan şəhərində partlayışlar olması ilə bağlı paylaşımlar edilib.  Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.  Şəhər sakinləri də partlayış səslərini eşitdiklərini təsdiqləyiblər.  vakansiyalar İranın hökumət mediası isə İsfahanda partlayışlar olduğunu inkar etsə də, sübutlar bir neçə partlayışın baş verdiyini açıq şəkildə göstərir. musavat.com)

Bakıda ata və oğul qohumlarını bıçaqlayıb, ölən və yaralanan var

Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xəzər rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qaxda maşın aşdı - Sürücü yaralandı

Qaxda avtomobil aşıb, sürücü xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında rayonunun Qıpçaq kəndi ərazisində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Qax rayonu İngiloy Kötüklü kənd sakini Berikaşvili Slava Maksimoviçin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib,nəticədə maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bakıda 76 min manatı dələduzluqla ələ keçirən şəxs tutuldu

Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 8 745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.

Masallıda müəllim intihar etdi

Masallı rayonu Dəmirçi kənd sakini Asif Abbaszadə intihar edib. Sozcu.az Asiya.az-a istinadla xəbər verir ki, Asif Abbaszadə uzun müddət Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib. İki ildir yaşı ilə əlaqədar təqaüddə olan Asif müəllimin hansı səbəbdən intihar etməsi məlum deyil. Allah rəhmət etsin.

Bakıda yük avtomobili iki bacını vurdu, biri öldü

Bakıda yük avtomobili iki bacını vurub. Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Aqil Səmədov idarə etdiyi "Mersedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub. Nəticədə bacılardan Cəmilə Eyvazova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.