Əvvəlcə arvadını, sonra özünü bıçaqladı - Bərdə bazarında dəhşət

Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb. Sozcu.az report-a istinadla xəər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb. Kişi daha sonra özünə xəsarət yetirib. Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.

Azərbaycanda evə ildırım düşdü - Dağıntı var

Bərdədə yaşayış evinə ildırım düşüb.  Sozcu.az Azərtac-a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Darğalar kəndində qeydə alınıb. Vəliyevlər ailəsinin yaşadığı beşotaqlı evə düşən ildırım nəticəsində mənzilə ciddi ziyan dəyib.  Evdə elektrik sistemi və elektron məişət avadanlıqları sıradan çıxıb.  

Şəmkir sakini dərmandan şoka düşərək öldü

Şəmkir şəhər sakini dərmandan şoka düşərək ölüb.  Sozcu.az Report-a istinadla xəbər verir ki, Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrn 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb.  Rayon prokurorluğu faktla bağlı araşdırma aparır. 

Bakıda məktəbdə PARTLAYIŞ - Yaralanan var

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.  Sozcu.az APA -ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.  İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.  vakansiya TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Bakıda dava düşdü: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. *** Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub. Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Maye qaz balonu partlayıb, xəsarət alan var

Gəncədə evdə maye qaz balonu partlayıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

Elektrik şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürdü

Ağcabədi Elektrik Şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürüb. Ağcabədi Elektrik Şəbəkəsinin dispeçiri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.Report

Toyu yasa çevirənlər: Karvanlara ciddi nəzarət olunmalıdır

Bir neçə gün əvvəl Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında faciə yaşanıb və 5 nəfər həyatını itirib. Yol polisi hadisədən sonra bir daha xəbərdarlıq edib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdır. “Əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”, - qurumdan bildirilib. Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, toylarda baş verən qəzaların səbəbləri cəmiyyət olaraq bizi narahat etməyə bilməz. “Bizim milli adət-ənənələrimizin başlıcası toydur. Toy hər bir xalqın, xüsusən də Azərbaycan xalqının milli kimliyidir. Toy bir adətdir, ənənədir, kimlikdir. Amma toylarda qəzaların olması, xoşagəlməz hadisələrin baş verməsi insanlarda məyusluq hissi yaradır. Xüsusən toyda baş verən zaman ölüm hallarının olması, kiminsə sağlamlığını itirməsi toyda qanqaralıq yaradır. Bu nöqteyi nəzərdən toylarda belə hadisələrə qarşıyıq. Yaxşı olar ki, toyun ağsaqqalları bu zaman öz mövqeyini bildirsin. Toy üzvləri, yaşlılar bu məsələlərə nəzarət etməlidir. Xüsusən gənclərin idarə etdiyi nəqliyyat vasitələrinə yüksək həssaslıqla nəzarət olunmalıdır. Qəzaların minimum səviyyədə olması üçün nəzarət maksimum artırılmalıdır. Bu halda müəyyən nailiyyətdən danışmaq olar. Əks halda qanqaralıq olacaq, peşmanlıq hissi vətəndaşları məyus edəcək”.

II kurs tələbəsi vəfat etdi

Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

İranda güclü partlayış: 30 ölü, 17 yaralı

11:12 İranın Cənubi Xorasan əyalətinin Tabas şəhərində şaxtada partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib. Məlumata görə, partlayış nəticəsində 28 nəfər ölüb, 17 nəfər yaralanıb. Kolivənd 24 nəfərin itkin düşdüyünü bildirib. Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir. *** Saat 9-a (yerli vaxtla) olan məlumata görə, Tabas şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bu sözləri İranın Cənubi Xorasan əyalətinin Böhranların İdarə Olunması şöbəsinin baş direktoru Məhəmməd Əli Axundi deyib.

Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın...

Sumqayıt-Bakı şosesinin Abşeron gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla zəncirvari qəzada altı avtomobilə ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətindən araşdırmanın nəticəsinə uyğun olaraq açıqlama veriləcəyi bildirilib.

Bakıda ağır qəza: ölən və yaralanan var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Elvin Musazadə isə gözündən aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.