73 min fələstinli evini tərk etdi

Qəzza zolağında münaqişə səbəbindən ən azı 73 min insan evini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinlilərə Yardım işləri üzrə Agentliyinin məlumatında bildirilib. Məlumatda ötən gündən bəri 73 min insanın BMT-nin bölgədəki məktəblərinə yerləşdirildiyi bildirilib.

Ölən israillilərin sayı 600-ü keçdi

Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra həlak olan israillilərin sayı 600-ü keçib. Sozcu.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 2000-dən çox yaralı var. “İsrail rəsmiləri bu rəqəmlərin son olmadığını və ölən və yaralananların sayının artmağa davam edəcəyini vurğulayırlar”, - məlumatda qeyd olunub. Qeyd edək ki, İsrail ordusu hərbi əməliyyatlar başlayandan bəri Müdafiə Qüvvələrinin 26 hərbçisinin həlak olduğunu açıqlamışdı.

İsrail ordusunun nümayəndəsi: Günün sonunadək...

Günün sonuna qədər İsraildə bir nəfər də terrorçu sağ qalmayacaq. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Riçard Heht deyib. Qeyd edək ki, son məlumata görə, HƏMAS-ın İsrailə son hücumlarında 100 nəfər ölüb, 800-dən artıq şəxs xəsarət alıb.

Tərtər sakini ikinci dəfə minaya düşübmüş...

Xəbər verdiyimiz kimi, bu gün saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, minaya düşən şəxslə bağlı bir sıra detallar məlum olub. Belə ki, Yaquar Hadıyev bundan əvvəl də minaya düşüb. O, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Onun sol aşağı ətrafının pəncə nayihəsi travmatik amputasiya edilib. Qeyd edək ki, Yaquar Hadıyev 1989-cu ildə anadan olub. O, Tərtər rayonunun Həsənqaya kəndindən idi.

Tərtər sakini minaya düşərək həlak oldu

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Araşdırma aparılır.

TƏBİB-dən Masallıdakı yanğınla bağlı açıqlama: 5 nəfər...

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.

Fuad Muradov həbs olundu

Oktyabrın 4-də "Milli Fədai Hərəkatı"nın təsisçilərdən biri Fuad Muradov həbs olunub. Ona  qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyiblər. Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi. Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb./Turan 

Separatçı rəhbərlərlə əlaqə itib

Qarabağda özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərindəki məlumatlarda qeyd edilib. Bildirilir ki, həmin şəxslərin hazırda harada olduğu bəlli deyil. Onların hələ də Qarabağda olub-olmaması və ya Ermənistana getməsi ilə bağlı rəsmi mənbələr susur. Nə Azərbaycan, nə də Ermənistan rəsmiləri hələ ki separatçıların keçmiş rəhbərləri barədə məsələyə raeaksiya verib.

Ermənilərin səfirliyimizə hücumu nəticəsində 25 polis yaralanıb

Livanda ötən gün baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb. "Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib. Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.

Sumqayıtda partlayış oldu - Ölən və yaralanan var

Sumqayıtda partlayış olub. Sozcu.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən 27-ci binada baş verib. Qaz sızması nəticəsində meydana gələn partlayışda ölən və yaralananın olduğu bildirilir. Əraziyə yanğınsöndürən və təcili yardım cəlb olunub.

Xankəndidəki partlayışda ölənlərin sayı artdı

Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölən 170 nəfərin meyitinin qalıqları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqlarına əsasən məhkəmə tibbi ekspertiza 170 nəfərin öldüyünü təsdiqləyib. Meyitlərin qalıqları və şəxsi əşyalar DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək. Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub.