Küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür. 

Gəncədə yeniyetməni avtomobil vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu təvəllüdlü T.Şükür İlahini vurub. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ayı gecə kəndə hücum etdi - FOTO

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub. Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb: "Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”. Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.

Azərbaycanda ər arvadını küt alətlə öldürdü

Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mingəçevirdə doğuş zamanı uşaq öldü

Mingəçevirdə doğuş zamanı uşaq ölüm halı baş verib. Sozcu.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Şəhər sakini Şəlalə Abdullazadənin doğum şöbəsində dünyaya gətirdiyi körpənin ölü doğulduğu deyilir. Sayt yaratmaq Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Alışqan üstündə anası ilə dava edən oğul həbs olundu

Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib. Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb. Qadın bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib. P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.

Zərdabda ağır qəza: 3 nəfər öldü - 2-si bacıdır

00:47 Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət almış daha bir nəfər isə səhər saatlarında dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3-ə çatıb. *** Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır. Ölən digər uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.

Bakıda yaşayış binasında yanğın: 10 sakin təxliyə olundu

Bakı şəhərinin Nərimanov rayonunun Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyə olunub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub. Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb. Mənzillər yanğından mühafizə olunub.

Ukrayna ordusu Kurskda səngərlər qazır

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində möhkəmlənməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu artıq Kursk vilayətinin Maxnovka kəndində səngərlər qazırlar.

Şəhidin oğlu faciəli şəkildə öldü

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-c ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.

Bakıda taksi sürücüsünü döyüb maşınını qaçırdılar

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Şevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.

İki il əvvəl itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb – KİV

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Bildirilib ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğluna məxsus meyitlərin qalıqları Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında aşkarlanıb. Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək. Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.