Ağsu sakini yeznəsinə qayçı ilə xəsarət yetirib

Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib. Xəbər verilir ki, ötən gün saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev prospekti ev 33 ünvanında Qalib Əlirza oğlu Fərzalıyev və İlqar Durqardaş oğlu Şirinov arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Q.Fərzalıyev qoyun yunlarının təmizlənməsi üçün istifadə olunan qayçı ilə yeznəsi İlqar Şirinova qəsdən bir dəfə zərbə vuraraq, ağır bədən xəsarətləri yetirib. Belə ki, Qalib Fərzalıyev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Çoban özünü güllələdi

Ağcabədidə intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Taxtakörpü qəsəbəsində Laçın obaları adlanan ərazidə baş verib. Burada fermada çoban işləyən 47 yaşlı Nikolay Mixayıloviç Lanşov ov tüfəngi ilə başına bir dəfə atəş açaraq, özünü öldürüb. Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Binəqədidə yaşayış binasının dayanacağında 3 avtomobil yandı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes", "Kia" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri yanıb. Yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyanda 13 yaşlı məktəbli canına qıydı

Salyanda intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, 8-ci sinif şagirdi, 13 yaşlı Ə.S. özünü yelləncəyin ipi ilə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi AÇIQLAMA

Zaqatalada yeni doğulan körpə ölüb. Belə ki, Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində körpə ölümü qeydə alınıb. Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 31.10.2024 tarixində saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi,  dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub: “Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb. Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq”.

Bakıda dəhşətli qətl: Anasının boynunu sındıraraq öldürdü

Bakıda dəhşətli cinayət törədilib.  Sozcu.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.  Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 40 yaşlı Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.  Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib. Həmin şəxs saxlanılıb və prokurorluğa təhvil verilib.

İranda təyyarə qəzaya uğradı: general həlak oldu

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Quru Qoşunlarına məxsus “Gayrokopter” tipli ultra yüngül təyyarə qəzaya uğrayıb. Sozcu.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAh-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında bildirilib. Məlumata görə, təyyarə ölkənin cənub-şərqindəki “Sirkan” sərhəd bölgəsində döyüş əməliyyatları apararkən qəzaya uğrayıb. Qəza nəticəsində briqada generalı Həmid Mazenderani və İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının döyüşçülərindən Hamed Candaghi həlak olub.

Goranboyda ermənilərin basdırdığı mina partladı

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki hadisə rayon Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb. Kənd sakini 1968-ci il təvəllüdlü M. Cümşüdov özünə məxsus qoyunları əkin sahəsində otaran zaman heyvanlar minaya düşüb. Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Mikroavtobus AŞDI - Ölən və xəsarət alanlar var

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az report-a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1 nəfər - 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır. Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan "Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir. Faktla bağlı araşdırma aparılır.

Toydan qayıdanlar qəzaya düşdü: yaralılar var - Rəsmi

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib. Məlumata görə, rayonun Alakol kəndində, "Şevrolet Kruz" markalı avtomobil ağaca çırpılıb. Onlar toy mərasimindən qayıdırdılar. Qəza nəticəsində, 2001-ci il təvəllüdlü N.Qurbanlı, 2000-ci il təvəllüdlü E.Hüseynov və həmyaşıdı Ş.Namazlı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Zaqatalada şəhid ailəsində FACİƏ: anası və bacısı qazdan zəhərləndi

Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən olduğu məlum olub.  Dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.lent.az)

Zaqatalada ana və qızı dəm qazından zəhərləndi

Zaqatala rayonunun Əliabad qəsəbəsində ana və qızı dəm qazından zəhərləniblər. Sozcu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Nayimə İrapova və 2009-cu il təvəllüdlü qızı Havva İrapova dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.