Şəkidə 21 yaşlı gənc dəm qazından öldü

21 yaşlı gəncin huşsuz bədəni yaxınları tərəfindən vanna otağında aşkarlanıb. Sozcu.az xəbər verir ki, Şəki şəhəri Mehdi Hüseynzadə küçəsi ev 40 ünvanında yaşayan 21 yaşlı şəhər sakini Süleyman Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında aşkarlanıb. Ailə üzvləri onun hamamdan çıxmadığını görüncə narahat olub və vanna otağına baxış keçirib. Dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edilib. Həkimlər ilkin tibbi müayinədən sonra Süleyman Mustafayevin dəm qazından boğularaq həyatını itirdiyini bildiriblər. Ölüm hadisəsinin daha dəqiq təfərrüatlarını bilmək məqsədi ilə 21 yaşlı gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Neftçalada baş verən qəzada bir ailənin 5 üzvü xəsarət aldı

Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib. 2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub. Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Gəncədə ər və arvad bıçaqlandı, biri öldü

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Ulduz Elburus qızı Hüseynova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Şəxsi münasibətlər zəminində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şəkidə maşın aşdı - Ölən var

Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə noyabrın 20-də Şəki rayonunun Qudula kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakıda ağır qəza: 7 avtomobil toqquşdu, yaralılar var

21:12 Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Bakıda universitet müəllimi vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib. Modern.az xəbər verir ki. universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məmmədova Məhsəti İsa qızı dünyasını dəyişib. Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!

Astarada 3 nəfər bıçaqlandı, 2-si qardaşdır

Astarada bıçaqlanma hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Bıçaqlanan şəxslərdən biri 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyevdir. Fakt araşdırılır.

Fəhlə faciəvi şəkildə ÖLDÜ

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb. 1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

19 yaşlı tələbə qəfil vəfat etdi

Qubada tələbə qəfil dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib. Faktla bağlı araşdırma aparılır.qafqazinfo)

Qubadlıda şirkət əməkdaşı faciəvi şəkildə öldü

Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib. Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.

Kürdəmirdə 20 yaşlı qadın doğuş zamanı öldü

Kürdəmir Rayon Mərkəzi xəstəxanasında ölüm hadisəsi olub. Sozcu.az xəbər verir ki, dünən saat 18 radələrində rayonun Quşlar kənd sakini 2004-cü il təvəllüdlü Nailə Rəşad qızı Cəfərova xəstəxanada doğuş zamanı ölüb. Hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xırdalanda zəncirvari qəza: sürücü öldü

Abşeron rayonunda dörd avtomobil toqquşub. Sozcu.az Report-a istinadən məlumat verir ki, hadisə Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı avtomobillərdən birinin sürücüsü Elxan Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.