18:45
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.
FHN-dən Sozcu.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
***
Şəmkir rayonunun Qədimqala kəndində suni göldə batan 7 yaşlı Rəvan Nadirli və onun qardaşı 9 yaşlı Fərdi Nadirlinin meyitləri sudan çıxarılıb.
Teleqraf-ın məlumatına görə, hazırda Fövqaladə Hallar Nazirliyin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 4 yaşlı İsmayıl Nadirlinin meyitinin axtarışları davam edir.
Məlumat üçün bildirək ki, hər üç uşaq sözügedən kənddə yaradılan süni göldə çimərkən boğulublar.
***
Qədimqala kəndində suni göldə batan İsmayıl Nadirlinin də meyiti sudan çıxarılıb.
İ.Nadirli digər iki uşağın əmisi oğludur.