Məktəbdə transformator partladı: 29 şagird öldü

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə orta məktəblərin birində 5 mindən çox şagirdin buraxılış imtahanı zamanı transformator partlayıb.

Sozcu.az xəbər verir ki, məlumat “Röyters” yayıb.

Hadisə zamanı yaranmış çaxnaşmaya görə azı 29 şagirdin öldüyü bildirilir.

Eyni zamanda, 260 nəfər də xəsarət alıb.

Share on Facebook