Salyanda qəza: bir ailənin dörd üzvü xəsarət alıb

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Bağırova Könül Ərəstun qızı, 1989-cu il təvəllüdlü Bağırov Elşən Ərəstun oğlu, 1993-cü il təvəllüdlü Bağırova Pərvin Vüqar qızı və 2023-cü il təvəllüdlü Bağırova Ruqayyə Elşən qızı müxtəlif dərəcəli xəsarətlər alıbıar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xaçmazda qətl: 57 yaşlı kişi öldürüldü

15:48 Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. "Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub", - məlumatda bildirilib.

Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var

Almaniyanın Frankenberq şəhərində (Hessen federal əyaləti) xəstəxanada güclü yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birini xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, yanğın saat 18:40 radələrində otaqlardan birində başlayıb və yanğın siqnalı işə düşüb. Həkimlərin sonradan xilas edə bilmədiyi şəxsin yanğın baş verən palatadakı xəstə olduğu ehtimal edilir. Yanğın uğurla söndürülüb. 13 xəstə tüstüdən zəhərləndiyi üçün digər tibb müəssisələrinə köçürülüb. Bəzilərinin başqa əlavə köməyə ehtiyacı yaranıb. Hadisə yerində bir neçə yanğınsöndürən maşın, təcili yardım maşınları və tibb işçiləri olub. Xəstəxananın bəzi əraziləri yararsız hala düşdüyündən 150-yə yaxın xəstə qonşu klinikalara köçürülməli olub. Hazırda polis yanğının səbəbi araşdırır.publika)

Gədəbəydə ağır qəza baş verib, ölən və yaralanan var

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb. Kənd sakini 1993-ci il təvəllüdlü Kamil Allahyarovun idarə etdiyi "QAZ-53" yoldan çıxaraq aşıb. Qəza zamanı yük maşının sərnişini 1975-ci il təvəllüdlü Mərdan Bağırov hadisə yerində ölüb. Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.apa

Yeni Yasamalda yanğın: 12 nəfər zəhərləndi

Yeni Yasamalda, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 12 nəfər tüstüdən zəhərlənib. Sozcu.az FHN-ə istinadla xəbər verir ki, 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. TƏBİB-in məlumatına görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Qazaxda zəncirvari qəza, xəsarət alanlar var

Qazaxda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Sozcu.az -ın məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü K.Salehov və 1987-ci il təvəllüdlü S.Ocaqverdiyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Yeni Yasamalda ev yanır

Yeni Yasamaldakı Əsəd Əhmədov küçəsində, çoxmərtəbəli binada yanğın baş verib. Sozcu.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

Qaradağda 2 nəfər qatarın altında qaldı

Ötən gecə saat 22 radələrində Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Balıq tutarkən kanala düşərək boğuldu

Zərdabda kişi kanalda boğulub. Sozcu.az xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ağsuda ağır qəza: ölən var

Ağsuda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir avtomobil yolunda, Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb. Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.

Lənkəranda kütləvi dava: 4 nəfər xəsarət aldı, biri bıçaqlandı

Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb. Sozcu.az-ın məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb. Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb. Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar. Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Daha bir tələbənin meyiti tapıldı - Bu dəfə dəm qazı... - FOTO

Bakıda 18 yaşlı tələbə dəm qazından həyatını itirib. Modern.az-ın məlumatına görə, Bakı şəhəri Səbail rayonunda Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun yaşadığı mənzildən meyiti tapılıb. O, Azərbaycan İdman Akademiyasının İdman menecmenti və kommunikasiya ixtisasının tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.  Xatırladaq ki,  Azərbaycan İdman Akademiyasının 4-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədovun da meyiti tapılıb. Onun meyiti Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.