Almaniya bu ölkəyə “Patriot”lar göndərir

Almaniya iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitini qorumaq üçün Slovakiyadan Litvaya 2 “Patriot” sistemi göndərəcək. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb. “Bununla Almaniya NATO sammitinin müdafiəsinə böyük töhfə verəcək.”, - məlumatda qeyd edilib.

DİM 9 illik təhsil səviyyəsi üzrə imtahanların nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 14-də keçirilən imtahanların nəticələrini elan edib. Bura aşağıdakı imtahanlar daxilir: - əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; - kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; - qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; - aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; - eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; - buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.. 1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 öyrənə bilərlər. 4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2023/netorta/ istifadə etməlidirlər. Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu imtahanlarında iştirakı nəzərdə tutulan 14337 nəfərdən 1370 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 7 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 31 may saat 10:00-dan 2 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun ayı üzrə qəbul cədvəli açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin iyun ayı üzrə vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qəbulu aparan şəxs Qəbul günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Əliyev Məhərrəm Abış oğlu 1 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu 2 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlu 5,19 Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasımov Azər Məhəmməd oğlu 6 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu 6 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fərəh Şirməmməd qızı 7 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu 8 Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu 9,16,23 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu 9 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu 12 Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zamin oğlu 12,20 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədəliyev Yusuf Ülfət oğlu 13 Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu 13,23 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu 14 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu 14 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayılov Süleyman Abbas oğlu 16 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru 20 Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu 21 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Kərimov Gündüz Hacı oğlu 21 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi 22 Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu 22 * * * Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Usubov Ramil İdris oğlu 21 Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79 Qəbula yazılış qəbul gününə ən geci bir iş günü qalmış dayandırılır. Qəbul saat 14:00-dan başlayır. Əlaqə üçün: Çağrı Mərkəzi – 1111.

İmran Xanın ölkədən çıxışına qadağa qoyuldu

Pakistanın keçmiş baş naziri İmran Xan və onun rəhbəri olduğu “Təhriki İnsaf” Partiyasının funksionerlərinin ölkədən çıxışına qadağa qoyulub.  Sozcu.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.  Bildirilib ki, partiyanın bir neçə üzvü son 3 gündə Pakistanı tərk etmək istəyərkən hava limanında saxlanılıb. 

Gürcüstandan bunu gözləyirik… - NATO

NATO Gürcüstandan Rusiyaya tətbiq olunmuş beynəlxalq sanksiyaları dəstəkləməsini gözləyir. Sozcu.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Hamımızın inandığı demokratik dəyərləri Gürcüstanın da rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik”, - Stoltenberq bildirib. Stoltenberq NATO-nun uzun illərdir Gürcüstanla tərəfdaşlıq münasibətlərini saxladığını, islahatlar həyata keçirilməsinə kömək etdiyini vurğulayıb: “Gürcüstan kimi ölkələr Rusiyanın təcavüzünə müqavimət göstərməyə çalışırlar. Məhz buna görə Madrid sammitində biz bu ölkələrə yardımı artırmaq qərarına gəldik”.

Saatlar sonra Qarabağla bağlı sənəd imzalanacaq

Bu gün Moskvada Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və erməni baş nazir Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair sənədə imza atacağını yazır. “Rəsmi mənbələrdən əldə edilən məlumatlara görə, tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına dair protokola imza ata bilərlər. Əslində bu sənədin artıq imzalandığı haqda da fikirlər var, sadəcə olaraq, sənədin ictimaiyyətə açıqlanması üçün doğru məkan seçmək qalır. Hazırda Moskvada üçtərəfli görüşə hazırlıq gedir və gözləniləndir ki, günün sonuna yaxın imzalanma prosesi baş versin”, - “Hraparak” nəşri yazır. Qeyd edək ki, Nikol Paşinyan “Qarabağ Azərbaycandır” bəyanatını verib. Moskvada mümkün sənədin imzalanması Nikolun “Qarabağ Azərbaycandır” bəyanatının rəsmiləşdirilməsi demək olacaq.

Vardanyan yenə Xocalı və Xocavəndin erməni nəzarətindəki kəndlərini gəzdi...-FOTOLAR

9-cu aydır ki,  Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın nəzarətində qalan hissəsində qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəlaiyyətini davam etdirən, separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan Xocalı rayonunun  hələ də işğal altında qalan Dağyurd, Naxçıvanlı, Pircamal, Ağbulaq kəndləri və Xocavənd rayonunun işğal altındakı Çartar kəndində məskunlaşdırılmış ermənilərlə  görüşlər keçirib. Sozcu.az xəbər verir ki,  Ermənistanın “Aysor” nəşrinin yaydığı məlumata görə, Putinin milyarder “desant”ı  “görülən işlərdən danışıb, son aylar “Artsax”ın gələcəyi ilə bağlı qondarma “Artsax-2035”  baxışı və s. haqda çərənləyib. R.Vardanyan "həmçinin Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” hərəkatının məqsədlərindən danışaraq, “onun mühüm birləşdirici rol oynamalı olduğunu qeyd edib: "Əminəm ki, gücümüzü birləsdirsək, vəziyyəti kökündən öz xeyrimizə dəyişə biləcəyik. Bu bir günün məsələsi deyil, qarşıda hələ çox  uzun yol var, amma əminəm ki, biz hər şeyin öhdəsindən gələcəyik..." O, vurğulayıb ki, "ümumi məqsəd yenə də 35 il öncəki kimidir", yəni Moskvanın himayəsi altında Azərbaycan əleyhinə separatçılıq, terrorçuluq və işğalçılıq hərəkətlərini davam etdirməkdir...(moderator)

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi tələb olundu

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.  Anket məlumatlarının elanı zamanı məlum olub ki, təsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.  Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.  Məhkəmə vəsatəti təmin etməyib.  Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edir. Jurnalistlər “Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır. Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib. Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb. Bu vəsatət baxılmamış saxlanılıb. İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb. 

Rusiya Belqorodu müdafiə edə bilmir - Malyar

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar Ukraynada döyüş meydanına göndərilən qüvvələrin yenidən qruplaşdırılması məsələsi ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib. "Ruslar qüvvələrini yenidən qruplaşdırmaq məsələsi ilə üzləşiblər, çünki Belqorod vilayətindəki vəziyyəti sakitləşdirmək üçün indi buna ehtiyac var. Onlar faktiki olaraq bütün qüvvələrini Ukrayna cəbhələrinə göndəriblər", - nazir müavini söyləyib. Malyar Belqorodda baş verənlərin Ukrayna ilə bağlı olmadığını vurğulayıb: "Bu, yalnız onların daxili işi ola bilər". Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər. Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb. Ukrayna baş verənləri vətəndaş müharibəsi adlandırıb və bununla əlaqəsi olmadığını bildirib.

Həqiqi hərbi xidmətlə bağlı yenilik

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Nazirlər Kabineti bununla bağlı “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.

Ukrayna Baxmutda bu yüksəkliklər uğrunda döyüşür

Ukrayna Silahlı Qüvvələri Baxmutun şimalı və cənubunda yüksəklikləri ələ keçirmək üçün döyüşür. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, şəhərin özündə ukraynalı döyüşçülər müdafiə xəttini qoruyur.

"Azərbaycan heç bir güzəştə getməməlidir"

“Ermənistan həmişəki kimi ikili oyun oynayır. Bir yandan, Nikol Paşinyan başa düşür ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bir yandan da öz canı üçün qorxur. Yəni ehtiyat edir ki, ölkədə ona qarşı müəyyən hərəkətlənmə ola bilər”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib. O, Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Ermənistanın Baş naziri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə yanaşı, sərhəddə bufer zonanın yaradılması təklifini edib. N. Şəfiyevin fikrincə, Azərbaycan heç bir güzəştə getməməlidir: “Alayarımçıq nəyinsə imzalanması son nəticədə yeni münaqişəyə gətirəcək. 2020-ci ildə Atəşkəs Bəyanatını imzalayanda elə bilirdik ki, eyni sistem Laçın dəhlizi ilə yanaşı, Zəngəzur dəhlizində də tətbiq olunacaq. Amma ermənilər bu günə kimi həmin bəndi icra etməyib. Onlar bildirdilər ki, bəyanatda “koridor” sözü yoxdur”. Müsahibimiz xatırladıb ki, Azərbaycan siyasi hakimiyyəti dəfələrlə Ermənistan tərəfinə bildirib ki, Qarabağ erməniləri ilə münasibətlərin tənzimlənməsi Azərbaycanın daxili işidir və Bakı bunu özü həyata keçirəcək: “Heç bir beynəlxalq qurum, o cümlədən İrəvanın özü buna müdaxilə edə bilməz. Hazırda gedən proseslərdə onların nə deməsindən asılı olmayaraq, Azərbaycanın irəli sürdüyü 5 prinsipdən irəli gələn müddəalar qorunub saxlanılmalı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı gələcək sülh müqaviləsində ikili yozula biləcək ər hansı ifadə zərrə qədər də olmamalıdır. Bu gün ermənilər Başkənddən danışırlar. Əgər əvvəldən SSRİ-yə daxil olduğumuz dövrü götürsək, bəlkə də 10-15 kv.km ərazi bizə qayıda bilər, son nəticədə Ermənistanın 10-13 kv.km. ərazidə qalar. Yəni bura ərazilərə Ermənistanın cənubu, Göyçə mahalı, Qazaxla sərhəd olan rayonlar və Naxçıvanın üstü daxildir. Azərbaycan bu iddianı irəli sürmək əvəzinə, Ermənistan bizə meydan oxuyur”. Siyasi analitik hesab edir ki, növbəti görüşdə Prezident İlham Əliyev bu məsələni ortaya qoyacaq: “Ermənistan rəhbərliyi özünü yığışdırmalı və baş-beynimizi aparmamalıdır. Bu gün beynəlxalq vasitəçilər ortaya düşüb, bizi gah Moskvaya, gah da Vaşinqtona dəvət edirlər. Ondansa Ermənistan rəhbərliyi ilə məsələni biryolluq həll, sonra bizi narahat etsinlər”. “Sərhədyanı bölgədən qoşunların güzgü effekti ilə geri çəkilməsinə gəlincə, ermənilərə etibar yoxdur. Əgər biz çəkilsək, bufer zona yaratsaq, onlar yenə nə isə edəcəklər. Tarix də göstərir ki, ermənilər sakit oturan deyillər. Onlar həmin ərazidən birtəhər içəri sızmağa və min cür hoqqadan çıxacaqlar”, – deyə N. Şəfiyev əlavə edib.