Ermənilər Azərbaycan səfirliyinə HÜCUM ETDİ

Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd ediblər.

Sozcu.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib.

Onlar Livan təhlükəsizlik qüvvələri tərəfindən səfirliyə yaxınlaşarkən dayandırılıb. Nəticədə Beyrutda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ermənilər arasında toqquşma baş verib.

Məlumata görə, daşnaklar polisə molotov kokteyli və daşla hücum ediblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

Share on Facebook