Babayan Qarabağdan İrəvana necə qaçıb?

“Separatçıların “rəhbərlərindən” olmuş Samvel Babayan Qarabağdan İrəvana qaça bilib. Onun Xankəndidən necə çıxdığı və Ermənistana necə keçdiyi müəmmalıdır, lakin erməni əhalisi arasına qarışaraq, gedə biləcəyi istisna deyil”.

Sozcu.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, təslim olan hazırkı “rəhbərlər”in sona qədər gözləyəcəyi ehtimalı çoxdur və onların amnistiyadan yararlanmaq imkanı da ola bilər:

“Lakin keçmiş “rəhbərlər” – Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri çıxmağa çalışacaq. Qaçış üçün iki mümkün yolları ola bilər: erməni əhalisi arasında gizlənmək, qarışıqlıqdan istifadə edərək Ermənistana keçmək; sülhməramlıların təminatı üçün daha əvvəl uçuşuna şərait yaradılan helikopterlərlə çıxmaq”.

A.Nərimanlı deyib ki, hər iki halda sülhməramlılar onlara yardım edəcək:

“Lakin Xankəndiyə əvvəldən nəzarət edən Azərbaycan kəşfiyyatının indi bu imkanları xeyli artıb və ən azından bir, yaxud bir neçəsinin ələ keçiriləcəyi də istisna edilməməlidir”.

Share on Facebook