Saxlanılan icra başçısı Rzayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Sozcu.az xəbər verir ki, saxlanıldığı bildirilən 60 yaşlı İslam Rzayev 2011-ci ildən rayonun icra başçısıdır.

O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.

Azəriqaz QSC-nin baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.

Share on Facebook