Xankəndidə bayrağımız nə vaxt qaldırılacaq?

Xəbər verdiyimiz kimi, bu gün separatçı-terrorçu xunta rejimi özünü buraxdığını elan etdi.

Sozcu.az xəbər verir ki, artıq Azərbaycanın tərkibində onillərdir yetişdirilən qarayara birdəfəlik kəslib atıldı.

Ötən gün Xankəndi və ətrafında baş verə biləcək yanğınların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin briqadaları Xankəndi şəhərində xidmətə başlayıblar. Artıq Xankəndi və ətrafında baş verən yanğınları da söndürdükləri haqda məlumatlar da adiləşməkdədir.

Bu gün isə Daxili İşlər Nazirliyi əməkdaşlarının, o cümlədən Çevik Polis Qüvvələrinin Xankəndiyə daxil olduğunu əks etdirən görüntülər yayılıb.

Siyasi müşahidəçilərin fikrincə, Xankəndidə bayrağımız bu gün qaldırıla bilər.

Share on Facebook