Qəzza tam blokadaya alındı: qida, işıq, qaz yoxdur

Qəzza zolağının tam blokadaya alınması üçün göstəriş verdim. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. Nazirin sözlərinə görə, orada ərzaq və enerji təchizatı dayandırılacaq: “Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim. İşıq yox, yemək yoxdur, qaz yoxdur, hər şey bağlıdır”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.

İsrail həlak olan hərbçilərinin sayını açıqladı

İsrail ordusu HƏMAS-la toqquşmalarda daha 16 hərbçisinin həlak olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında həlak olan İsrail əsgərinin sayı 73-ə yüksəlib. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın hücumu ilə İsraildə müharibə başlayıb.

HƏMAS-ın komandir müavini əsir götürüldü

Qəzzada HƏMAS dəniz qüvvələrinin cənub diviziyasının komandir müavini Məhəmməd Əbu Qalini girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “CaucasianLive” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, Məhəmməd Əbu Qalini İsrail Hərbi Dəniz Qüvvələrinin "Şayetet 13" bölməsi tərəfindən əsir götürülüb.

Təl-Əviv hava limanında böyük izdiham

İsrailin Ben Qurion hava limanında insanlar ölkəni tərk etməyə çalışarkən böyük növbələr yaranıb. Sozcu.az xəbər verir ki, İsraildə insanlar yenidən Təl-Əvivdə yerləşən Ben Qurion hava limanında saatlarla növbəyə düzülüblər. Onlar Qəzza zolağı ilə bağlı artan münaqişə fonunda ölkəni tərk etməyə çalışırlar, lakin bir çox uçuşlar ləğv edilir. Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

SON DƏQİQƏ! İsrailin itkiləri AÇIQLANDI

Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində İsraildə ölənlərin sayı artıq 700 nəfəri ötüb. Sozcu.az xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın hücumundan sonra İsraildə 600-ə yaxın ölü, 2 048 yaralı olduğu bildirilirdi. Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və yaraqlı qruplar ölkə ərazisinə daxil olub. İsrail cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

İsrailə hücumla bağlı SENSASİON AÇIQLAMA

“Fələstinin silahlı HƏMAS qruplaşmasının onlarla israillinin ölümü, yüzlərlə yaralı və ya əsir götürülməsi ilə nəticələnən misli görünməmiş hərbi hücumu İsrail ordusu və kəşfiyyat xidmətlərindəki “qarışıqlıq” səbəbindən baş verib”. Sozcu.az xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Çak Freylixdir. “Qəzzaya cavabdeh olan bölmənin qərargahı işğal olunub, orada xaos hökm sürür və buna görə də bütün cavab tədbirləri təxirə salınıb”, - deyə ekspert qeyd edib. 2000-ci illərin əvvəllərində milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan və hazırda Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun professoru olan Freylix HƏMAS-ın ələ keçirdiyi kəndlərin hamısının geri qaytarılacağına inandığını ifadə edib. “Bunun ardınca HƏMAS-a qarşı çox genişmiqyaslı hücumlar olacaq. Lakin əsas məqsədin Qəzzanın tamamilə tutulması, HƏMAS-ın devrilməsi, yoxsa onlara çox sərt zərbələr endirilməsi olacağını zaman göstərəcək”, - deyə Çak Freylix bildirib. Təhlükəsizlik analitiki və “Le Beck International” adlı risklərin idarə edilməsi firmasının kəşfiyyat rəhbəri Maykl Horovitzin sözlərinə görə, çoxlu girov götürmə insidentləri hələ də davam edir və bir sıra ərazilər HƏMAS-ın nəzarəti altındadır. “Bu o deməkdir ki, biz hələ hücumun miqyasını, ölənlərin və girovların sayını bilmirik”, - deyə Horovitz vurğulayıb.musavat)

HƏMASI hücuma aparan Putindir - Kemp

HƏMAS-ı hücuma aparan əl Moskvadadır. Sozcu.az xəbər verir ki, bunu Britaniya ordusunun ehtiyatda olan polkovniki Riçard Kemp deyib. “İsraildəki müharibə təkcə Qəzzadan olan terrorçuların amansız hücumu deyil. NATO-nu birbaşa qarılaşmaq istəməyən Putin əvəzində Azərbaycanla Ermənistan, Serbiya və Kosovo arasında, Qərbi Afrika və indi də İsraildə münaqişəni qızışdırır”, - Kemp bildirib.

"İsrailin müdafiə olunmaq hüququ şübhə altına alına bilməz" - Zelenski

"Terror hər zaman təkcə bir ölkəyə qarşı deyil, insanlığa və bütün dünyamıza qarşı cinayətdir..." Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın yəhudi dövlətinə hücumuna münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb. "İsraildən dəhşətli xəbərlər gəlməkdədir. Terror hücumu nəticəsində doğmaları və yaxınları həlak olan hər kəsə başsağlığı verirəm. İnanırıq ki, qayda-qanun bərpa ediləcək və terrorçular məhv ediləcək", - Ukrayna lideri bəyan edib. O, vurğulayıb ki, dünyanın heç bir yerində terrora şans vermək olmaz, "çünki terror hər zaman təkcə bir ölkəyə qarşı deyil, insanlığa və bütün dünyamıza qarşı cinayətdir". "Terrordan kimin istifadə etməsindən asılı olmayaraq, bu, dünyaya qarşı terrordur. Terrora kimin sponsorluq etməsindən asılı olmayaraq, bu, dünyaya qarşı terrordur. İsrailin müdafiə hüququ şübhə altına alına bilməz", - Zelenski qeyd edib və dünya ictimaiyyətini həmrəyliyə çağırıb. "Terrorun heç vaxt və heç bir yerdə özünə tabe etdirməməsi və ya insan  həyatına son qoymaması üçün dünya birləşməli və həmrəylik nümayiş etdirməlidir", - o, deyib. "Bu terror aktının bütün təfərrüatları aydınlaşdırılmalıdır ki, dünya hücuma sövq edən və onun təşkilinə kömək edən hər kəsi tanısın və məsuliyyətə cəlb etsin", - Ukrayna prezidenti bəyan edib. Bundan öncə Ukrayna Xarici İşlər Nazirliyi yəhudi dövlətinə terror aktlarını pisləyib və İsrailə dəstəyini ifadə edib.

Xocalı qatili Balasanyanla bağlı SON DƏQİQƏ məlumatı

Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın Ermənistan ərazisində olması ilə bağlı erməni mənbələrinin yaydıqları xəbər doğrudur. Sozcu.az musavat.com-a istinadən xəbər verir ki, Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib. Məlumatı Musavat.com-a verən mötəbər mənbənin rəyinə görə, Qarabağda hərbi cinayətlər törətmiş və əli dinc azərbaycanlıların qanına batmış rejim mənsubu harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən tapılacaq və öz cəzasına çatdırılacaq. Bu baxımdan Vitali Balasanyanın hazırda gizləndiyi Ermənistan o qədər də etibarlı bir yer sayılmır.

İsrailli komandandan xəbər yoxdur, əlaqə kəsildi

İsrail ordusu (ÇAXAL) Qəzza ilə sərhəddəki bölmənin komandanı ilə əlaqəni itirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı məlumat yayıb. "Rabitə və koordinasiya bölməsinin komandiri ilə əlaqə tamamilə kəsilib", - məlumatda deyilir.

KİV: "İsrailin cavab zərbəsi nəticəsində 20-dən çox fələstinli ölüb, 100-dən çox insan yaralanıb"

İsrail Müdafiə Ordusunun Qəzza zolağına cavab zərbəsi nəticəsində 20-dən çox fələstinli ölüb, 100-dən çox insan yaralanıb. “Report” İsrail KİV-inə istinadan xəbər verir ki, bu barədə yerli “Şifa” hospitalı məlumat yayıb. Bildirilib ki, HƏMAS, “İslami-cihad” və başqa qruplaşmalar öz itkiləri barədə məlumat verirlər. Məlumata görə, İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi obyektlərə hücumu davam etdirir.

"HƏMAS"ın hərbi bazası VURULDU

İsrail Hərbi Hava Qüvvələri "HƏMAS" silahlılarının Qəzza zolağında yerləşən qərargahına və hərbi infrastrukturuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.