İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza sakinlərin təxliyəsi üçün Qəzza zolağının xəritəsini yeni məlumat dərc edib.
Sozcu.az xəbər verir ki, IDF bu barədə "X" sosial media hesabında məlumat paylaşıb.
Məlumata görə, sakinlərin ərazidən təhlükəsiz təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü əks olunub.
İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini İsrail hərbçilərinin göstərişlərinə riayət etməyə çağırıb.
Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilmişdi. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.