ABŞ F-16-nı 5-ci nəsil qırıcısı etdi

ABŞ-ın Blok 70\72 F-16 dördüncü nəsil qırıcısı yeni radar sayəsində 5-ci nəsil qırıcının xüsusiyyətlərini əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Neşnl İnterest” nəşri məlumat yayıb. “Təkmilləşdirilmiş F-16 Blok 70 və Blok 72 eyni avadanlıq dəstini alıb və yalnız mühərrikdə fərqlənirlər. Birinci versiya “General Electric F110” enerji bloku, Blok 72 isə “Pratt & Vhitney F100” mühərrikləri ilə təchiz edilib. Blok 70\72 təyyarələri F-16-nın əvvəlki versiyalarından yüksək ayırdetmə qabiliyyətinə malik əsas displeyə malik modernləşdirilmiş kokpit, genişləndirilmiş silah dəsti və uyğun yanacaq çənlərinin olması ilə fərqlənir. Bundan əlavə, təyyarədə aktiv fazalı “AN/APG-83 Scalable Agile Beam Radar” antenası var”, - nəşr bildirib.

Bayramovla Mirzoyanın Brüsseldə görüşü... - İrəvan

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Brüsseldə heç bir danışıqlar planlaşdırılmır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla heç bir danışıqlar və ya görüş nəzərdə tutulmur”, - deyə Badalyan bildirib. Qeyd edək ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri dekabrın 11-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcəklər.

TƏBİB-dən qızılca ilə bağlı çağırış: Evdə müalicə etməyin!

Hazırda qızılca ilə bağlı vəziyyət stabildir. Sozcu.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib. O qeyd edib ki, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var: "Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır". TƏBİB sədri vurğulayıb ki, qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir. Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var: “Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”. TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib: “Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.

Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir. "Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir", - açıqlamada deyilir.

Yenidən zəlzələ olacaq? - Qurban Yetirmişlidən AÇIQLAMA

"Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın". Sozcu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı".

"Bakıda saxlanılan şəxslərin ölkəmizə qaytarılması üçün isə mümkün olan hər şey edilir”

Artıq əmin oluram ki, bəzi qüvvələr uzun müddət Qarabağ məsələsindən Ermənistanda dövlətin qurulması və formalaşmasına mane olmaq üçün istifadə ediblər. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deputat Seyran Ohanyanın sualına cavab olaraq deyib. Paşinyan Ohanyanın Bakıda saxlanılan erməni terrorçuların (Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan) qaytarılması ilə bağlı müəyyən işlərin görüldüyünü bildirib: “Bizim strategiyamız Ermənistan dövlətçiliyi və suverenliyinin gücləndirilməsidir. Bu yolla davam edəcəyik. Məni narahat edən və maraqlandıran da Ermənistan Respublikasının gələcəyidir. O ki qaldı İrəvanı Qarabağı tək buraxmaqda ittiham edənlərə, onların etdiyini sadəcə bir şəkildə adlandırmaq olar: minnət. Bakıda saxlanılan şəxslərin ölkəmizə qaytarılması üçün isə mümkün olan hər şey edilir”.

Rusiyadan Azərbaycana soyuq hava axını gəlir: Bu qış donacağıq!

Qış fəsli başlamasa da, Rusiyada havalar çox soyuq keçir. Hazırda Moskva son 145 ilin ən dəhşətli qışını yaşayır. Qonşu ölkədə hava şəraitinin bu dərəcədə kəskinləşməsi bizi də narahat edir. Hər kəsin ağlında bir sual var: Şimalda hökm sürən hava şəraitinin bizə hansı təsirləri olacaq? Sozcu.az xəbər verir ki, AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bununla bağlı “Yeni Sabah”a danışıb: Tanınmış alim məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib: “Şimal buzlu okeanından həm rütubətli, həm də quru-kontinental hava kütlələri bizim regiona daxil olub. Düşünürəm ki, cənub küləyinin hakim olduğu isti havalardan sonra hava şəraitinin dəyişməsi qeyri-adi hal deyil. Ona görə də havanın soyuması insanları narahat etməməlidir. Bunlar labüddür. Bakı şəhəri iqlim cəhətdən dünyanın ən oynaq şəhəridir. Cənubdan, şimaldan qərbdən, şərqdən gələn bütün hava axınlarının məskəni Bakıdır. Bütün amilləri nəzərə alaraq bildirmək istəyirəm ki, Bakı şəhərində havanın necə olması ilə bağlı öncədən məlumat vermək doğru olmaz. Qədim zamanlarda insanlar göy üzünə baxanda deyirdilər ki, sabah yağış yağacaq, ya da bir neçə gün sonra hava qarlı olacaq. Ancaq indi bu o qədər də real görünmür. Hətta bu il üçün ən sərt qış olacağı ilə bağlı xəbərlər də yayılmağa başlayıb. Mən bu haqda proqnoz verə bilmərəm. Ancaq bu haqda deyilənlərin çoxu yalandır. Rusiyada hakim olan soyuq hava axınlarının Azərbaycana təsiri gözləniləndir. Lakin daha dəqiq məlumatı sinoptiklər araşdırmalardan sonra bildirəcəklər. Çünki həmin axınların bizə hansı sürətlə gəldiyi, ölkə ərazisinə nə vaxt çatacağı hələ bilinmir”.

Hüseyn Axundova ömürlük həbs verildi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. Sozcu.az xəbər verir ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.

Faktlarımız var, hücumu İran təşkil edib – ABŞ

Husilərin Qırmızı dənizdə 3 gəmiyə hücumunda İranın əlinin olduğu barədə inkaredilməz faktlarımız var. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Husilərin gəmilərə hücumda istifadə etdikləri silah-sursatı İran təmin edib”, - Sallivan bildirib. Qeyd edək ki, dekabrın 3-də Qırmızı dənizdə bir neçə kommersiya gəmisinə PUA-larla hücum edilmişdi. Husilər gəmilərin İsrailə aid olduğunu bildirərək, hücumda məsuliyyəti öz üzərlərinə götürmüşdülər.

90 qəpikdən, 4 manata... – Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

10 gün əvvəl kiloqramı 70-90 qəpiyə təklif olunan xiyar ötən şənbə və bazar günlərində 3-4 manata satılıb. Qısa zamanda rekrord səviyyədə qiymət artımı təbii ki, müəyyən suallar doğurur. Kəskin qiymət artımının səbəbləri? Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kəskin qiymət artımının bir sıra səbəbləri var: “Əsas səbəb odur ki, mövsümlə əlaqədar olaraq açıq havada məhsul yetişdirilməsi başa çatıb. Bunun nəticəsində, bazara daha az məhsul çıxarılıb. Tələb təklifi üstələdiyinə görə də qiymətlər artıb. Digər bir səbəb isə Yeni ilin yaxınlaşmasıdır. Bildiyimiz kimi, hər bayram yaxınlaşanda istehlak bazarında qiymət artımları baş verir. Bu dəfə işbazlar bir qədər tələsib. Başqa bir səbəbsə Yeni ilə görə xaricə məhsul ixracının artmasıdır. Bu səbəblərə görə bazarda məhsul qıtlığı yaranıb”.

Minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar cəlb olundu

"Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan istehsalı olan texnikalar da bu prosesə töhfəsini verirlər”.

ABŞ bu raketləri Asiyaya yerləşdirir

ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb. “Bu cür silahların Çinin qarşısını almaq üçün soyuq müharibədən sonra ilk dəfə regionda peyda olacağı gözlənilir. Söhbət “Standard Missile-6” və ya “Tomahavk” qanadlı raketlərindən gedir. Bu raketlərin uçuş məsafəsi 500-dən 2.7 min kilometrə qədərdir”, - məlumatda qeyd olunub.