Bakıda özəl klinikada ölüm... - Rəsmi

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

“Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda vurğulanıb.

Share on Facebook