Ermənilər ölülərini də özləri ilə aparırlar - Açılan qəbirlərin sirri

Antiterror əməliyyatından sonra Qarabağın erməni əhalisi bölgəni tərk edir. Onlar təkcə daşınmaz əmlakları yandırmır, həm də qəbiristanlıqdakı ölülərinin qalıqlarını da çıxarıb Ermənistana aparırlar. 

Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda buna dair görüntülər müzakirələrə səbəb olub. Öz xislətlərindən əl çəkməyən ermənilər bundan da Azərbaycan əleyhinə təbliğat aləti kimi istifadə etməyə cəhd göstərirlər. Məqsəd illər sonra, yaxud yaxın gələcəkdə Azərbaycanı və azərbaycanlıları vandalizmdə ittiham etməkdir.

Xatırladaq ki, analoji hadisə 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı da baş vermişdi. Atəşkəs bəyanatının imzalanmasından sonra bir sıra əraziləri tərk etməli olan ermənilər 27 ildən çox işğal altında qalmış Kəlbəcər rayonundan  çıxarkən məzardakı ölülərini də çıxarıb aparırdılar.

Share on Facebook