Ermənilər Kəlbəcər və Naxçıvanı yenə atəşə tutdu

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Abıyev vəzifədən çıxdı, var-dövlətinin siyahısı yayıldı

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Əhəd Abıyevin vəzifədən çıxması ilə dərhal onun var-dövlətinin siyahısı da sosial şəbəkələrdə yayılıb. Diqqət çəkən məqam isə onun var-dövlətləri siyahısında yaxın qohumlarına aid mülklərin də göstərilməsidir. Belə ki, Əhəd Abıyevə yaxın olduğu bildirilən digər şəxslərin də mülkləri “siyahıya” əlavə edilib. Daha bir maraqlı məqam Ə.Abıyevə aid olduğu bildirilən mülk, villa və digər daşınmaz əmlakların demək olar ki, hamısının 2007-ci ildən əvvələ aid olmasıdır (Yalnız Daşkəsəndə bir mənzil istisna olmaqla). Zəruri olaraq qeyd edək ki, Ə.Abıyev 2011-ci ildə Daşkəsən RİH-nin başçısı təyin edilib. Yayılan siyahıda Ə.Abıyevin özünə aid olduğu iddia edilən mülklər bunlardır: - Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil, - Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil, - Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil, - Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası, - Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası, - Gəncədə, Göygöldə mənzilləri, bağ evləri, - Badamdarda 3 ədəd villası, - Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi, - Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri. Bir daha xatırladaq ki, “obyekt və mülkləri” siyahısında göstərilən 37 əmlakın heç biri Əhəd Abıyevin adına deyil: qardaşları, əmisi oğlanları, bacısı oğlu, kürəkəni, “yaxın adamı” deyə ümumiləşdirilən şəxslərə aiddir.

10 günlük körpəsini zibil qutusuna atan qadın kimdir?

09:11 Bakıda 10-15 günlük körpə küçəyə atılıb. Sozcu.az xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib. Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib. Körpənin bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. *** Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub. Oxu.az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib. Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib. Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

Çeçenlər rus əsgərləri gülləbaran etdi

Çeçen döyüşçülər Ukrayna ordusunun tərkibində aktiv şəkildə müharibədə iştirak edir. Sozcu.az xəbər verir ki, bununla bağlı “Ukrayna Onlayn” Teleqram kanalı görüntü paylaşıb. Görüntüdə çeçen döyüşçülərin rus ordusunun şəxsi heyət daşıyan maşınını pusquya salması və gülləbaran etməsi əksini tapıb.

Rusiyanın şok itkiləri: 8026 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 508-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 680 hərbçi, 4107 ədəd tank, 8026 ədəd zirehli döyüş maşını, 4481 ədəd artilleriya sistemi, 681 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7044 ədəd avtomobil texnikası, 3820 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 666 xüsusi avadanlıq itirib.

Rusiyanın itkiləri 237 mini ötdü

Ukrayna müharibənin 507-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 180 hərbçi, 4102 ədəd tank, 8019 ədəd zirehli döyüş maşını, 4463 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7036 ədəd avtomobil texnikası, 3807 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 664 xüsusi avadanlıq itirib.

Polad Həşimovun bacısı: "Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm"

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anım günüdür. Sozcu.az xəbər verir ki, bu barədə şəhidin bacısı Kəmalə Haşımova sosial şəbəkə hesabında yazıb: "Xəyanətə və misilsiz cinayətə açılan 14 iyul sabahı. Tanrının Azərbaycana bəxş etdiyi dəyərin şəhidliklə əbədi doğulduğu tarix. Ölümüylə əfsanəyə dönən, Azərbaycanın 105 illik və əbədi cümhuriyyət tarixində öz torpaqları üçün səngərdə şəhid edilən ilk və tək Paşası. Əsl Generalın, əsl insanın, əsl qəhrəmanın necə olduğunu göstərən adam. Qisasın qiyamətə qalmasın!  Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm. Səninlə bərabər bütün şəhid qardaşlarımızın ruhuna ehtiram və salam olsun".  Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub.  2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.  2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə və Bakı şəhərinin küçələrindən birinə Polad Həşimovun adı verilib. Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.

Rusiyalı general qəfildən yoxa çıxdı

Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun arvadı ərinin qəfil yoxa çıxdığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. “Popov rəhbərlik tərəfindən çağırılıb və problemlərini həll etmək üçün harasa gedib. Bundan sonra onunla əlaqə itib”, - məlumatda deyilir. Daha əvvəl dərc edilmiş generalın əsgərlərə müraciəti ilə bağlı səs yazısına gəlincə, Popovun arvadı qeyd edib ki, səs geniş auditoriya üçün nəzərdə tutulmayıb: “Sadəcə onu vəzifəsinə qaytarmaq üçün tərəfdaşları dəstək kimi dərc ediblər”.

İlkin Süleymanovun apellyasiya şikayəti icraata verildi

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, iş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası avqustun 8-nə təyin edilib. Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsində hökmdən şikayət verərək barəsindəki hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün verilməsini istəyib. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Ukrayna bir gecədə daha 20 “Şahid” məhv etdi

Ukrayna ordusu son sutkada ölkəyə hücum edən 20 "Şahid" PUA-sını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, PUA-lar Kiyev vilayətində vurulub.

Təhlükəsizlik regional deyil, qlobaldır - Stoltenberq

"NATO-nun yaxın partnyorları olan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya ilə yaxşı görüş keçirdik". Sozcu.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb. "Təhlükəsizlik regional deyil, qlobaldır. Buna görə də biz əməkdaşlığımızı dərinləşdirməyi müəyyən etdik", - o qeyd edib.

Sərhəddə təxribat törədən erməni hərbçi yaralandı

Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yaralı hərbçi hospitala yerləşdirilib. Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.