Ermənistanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.
Yeraltı təkanla Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.