Yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2080-ci illərin ortalarına qədər 10,3 milyarda çatacaq.
Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti məlumat yayıb.
“Dünya əhalisinin hələ 50-60 il artmağa davam edəcəyi və bu rəqəmin 2080-ci illərin ortalarında təxminən 80 milyarda çatacağı gözlənilir. Əhalinin sayının pik həddə çatdıqdan sonra əsrin sonuna qədər tədricən 10,2 milyard nəfərə qədər azalmağa başlayacağı proqnozlaşdırılır”, - təşkilatın hesabatında qeyd olunub.
2024-cü ilin məlumatına görə, Yer kürəsində 8,2 milyard insan yaşayır.