Paşinyanın sentyabr-oktyabr aylarında “ciddi, kəskin addımlar atacağı” bəlli oldu....

Nikol Paşinyan  Ermənistan parlamentinin növbədənkənar sessiyası başlamazdan əvvəl hakim “Vətəndaş sazişi” partiyasının yaxın çevrəsini toplayaraq sentyabr-oktyabr aylarında ciddi, kəskin addımlar atacağını, onların konkret nədən bəhs etdiyini açıqlayıb.

Sozcu.az xəbər verir ki, “İravunk” qəzeti bu haqda rəsmi dairələrdəki mənbələrinə istinadla yazır.  

“...Mənbələrimiz iddia edir ki, Paşinyanın həmin vaxt ərzində KTMT-dən çıxmaq qərarı verməsi də istisna deyil. Bu kontekstdə baş nazir bəyan edib ki, indi onun bir sıra parlamentdənkənar qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı var: “Danışın, inandırın, onları bizim dairəyə gətirin”” 

Erməni nəşrinin yazdığına görə, Paşinyan öz etibarlı ətrafına verdiyi göstəriş təxminən belə olub.

“O, hər kəsin ictimai müsahibələrini izlədiyini və komandanın vahid iş tərzindən razı qaldığını söyləyib” – Ermənistan qəzeti belə yazır.

Share on Facebook