Azərbaycanlı turist Türkiyədə "Duty free"də 12,7 milyonluq alış-veriş edib

Azərbaycanlı turist Türkiyədə "Duty-Free" mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib. Axşam.az xəbər verir ki, bu haqda Türkiyənin "Duty-Shop Tax Free" mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan "Global Blue" şirkətinin baş direktoru Selim Şeyxun deyib.

"Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (təxminən 12,7 milyon manat-red.). O, bu məbləğə saatlar və zinət əşyaları alıb" deyə, şirkət rəhbəri qeyd edib.

Turistin Türkiyəyə Azərbaycandan gəldiyi ehtimal edilib. 

Share on Facebook