Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyir.
Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatında bildirilir.
"Bu axşam bir neçə dəfə dayandığım Rustavelidə (prospektdə-red) dayanaraq sizə müraciət edirəm. Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib.
Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.
07.03.2023. 23:29
Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək.
“Report”un məlumatına görə, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
"Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək", - administrasiyanın bəyanatında deyilir.
Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.