Gərgin döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun hərbi nümayəndəsi məlumat verib.
Lakin adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir.
Eyni zamanda, Hərbi Media Mərkəzinin məlumatına görə, martın 5-də şəhərə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski baş çəkib. Onun sözlərinə görə, Baxmut uğrunda döyüşlər ən yüksək gərginlik həddinə çatıb: “Müdafiəçilərimiz düşmənə xeyli ziyan vurub, çoxlu sayda texnikanı məhv edib, “Vaqner”in ən yaxşı hücum bölmələrini döyüşə atmağa məcbur edib və düşmənin hücum potensialını azaldıb”, - Sırski bildirib.