Saakaşvili: “Tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zamanı ona beyin zədəsi diaqnozu qoyulub.

Sozcu.az xəbər verir ki, o, bu barədə Bild-ə müsahibəsində deyib.

Sabiq prezident özünü pis hiss etməsindən şikayətlənib və demək olar ki, iki dəfə arıqladığını bildirib.

O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idisə, hazırda çəkisi 65 kq-dır. Siyasətçi bütün bədənində ağrılardan əziyyət çəkdiyini etiraf edib və MRT-nin nəticələrinin beyin zədələnməsindən danışdığını söyləyib. Saakaşvili əmindir ki, problemlərin əksəriyyəti ağır metal zəhərlənməsindən qaynaqlanır. "Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir" dedi.

Eks-prezidentin sözlərinə görə, o, Avropada son gecəsini Almaniya hökumətindən olan dostları ilə Frankfurt Operasının restoranında keçirib.

Saakaşvili ümidlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok “orta əsrlərə aid işgəncələr nəticəsində hamının gözü qarşısında ölməyimə icazə verməyəcəklər”.

Share on Facebook