Ukrayna dəyərlərimiz uğrunda vuruşur - Blaşak

Hərbi yardım, sanksiyalar və siyasi təzyiq Rusiyaya qarşı mübarizənin ən təsirli formalarıdır.

Sozcu.az xəbər verir ki, bunu Polşa müdafiə naziri Mariuş Blaşak deyib.

“Rusiya Çeçenistan və Əfqanıstanda olduğu kimi, Ukraynada da bataqlıq içindədir. Müharibədən indi çıxmaq Kremlin səhvini etiraf etmək və bu vəhşi hücumun nəticələri ilə üzləşmək zərurəti demək olardı. Biz özümüzü Ukraynaya yardımdan yorulmuş hiss eləməməliyik, bu xalq azadlığımız, Avropanın dəyərləri uğrunda vuruşur ”, - Blaşak bildirib.

Share on Facebook