"Müdafiə qüvvələrinin səyləri sayəsində vəziyyət sabitləşir” - Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Zalujnının Feysbuk səhifəsində məlumat yayılıb. “Mən həmkarıma bütün cəbhə boyu əməliyyat vəziyyəti barədə məlumat verdim. Baxmut istiqamətində ən çətin vəziyyətdir. Müdafiə qüvvələrinin səyləri sayəsində vəziyyət sabitləşir”, - Zalujnı bildirib.

Zelenski: Ukrayna indi öz müstəqilliyi uğrunda mübarizənin həlledici mərhələsindədir

Ukrayna indi öz müstəqilliyi və suverenliyi uğrunda mübarizənin həlledici mərhələsindədir. Ölkəmiz isə şübhəsiz ki, uzunmüddətli təhlükəsizliyə, azadlığa, sülhə nail olacaq. Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın Kiyev İnstitutunda zabitlər üçün buraxılış mərasimində çıxışı zamanı söyləyib. Zelenski qeyd edib ki, Milli Qvardiya dövlətimizin ümumi müdafiə sisteminin əsas elementlərindən birinə çevrilib. Bu da düşmənə Ukraynanı məğlub etməyə imkan vermir. “Biz indi müstəqilliyimiz, suverenliyimiz, xalqımızın müxtəlif nəsillərinin həyatının məzmununa çevrilən əsrlər boyu davam edən Ukrayna uğrunda mübarizənin həlledici mərhələsindəyik”, - deyə Prezident bildirib. Dövlət başçısı Ukrayna xalqının uzunmüddətli təhlükəsizlik şəraitində azadlıq və sülh qazanacağına şübhə etmir. "Biz bu nəticəni və qələbəmizi sürətləndirmək üçün hər şeyi etməliyik. İnanıram ki, sizin hərəkətləriniz bizim ümumi Ukrayna məqsədimizi yaxınlaşdıracaq. Qoy sizin xarakteriniz işğalçıya qarşı mübarizədə öz möhkəmliyini göstərsin", - deyə Zelenski vurğulayıb.

“Məni rus casusları zəhərləyib“ - Saakaşvili

Mixail Saakaşvili zəhərlənməsində Gürcüstan xüsusi xidmət orqanlarına sızan rus casuslarını ittiham edib. Sozcu.az "Politico"ya istinadla xəbər verir ki, Saakaşvilinin vasitəçisi  amerikalı vəkil Massimo Di Angelo olub. “Zəhərin vurulduğu günü aydın xatırlayıram, az qala öləcəkdim. O vaxtdan səhhətim pisləşib.... Olduğum müəssisədə müalicə ilə bağlı əsas qərarları həkimlər deyil, təhlükəsizlik orqanları verir, bütün həkimləri təyin edirlər”, - deyə Saakaşvili yazıb. Vəkil iddia edir ki, zəhərin kiçik hissələri Saakaşvilinin yeməyi və suyu ilə qarışdırıla bilərdi.

Zelenski qələbənin tarixini elan etdi

Əgər Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və ya durğunluq olmasa, birgə səylər qətiyyətlə Ukraynanın qələbəsinə yönələrsə, qələbə bu il olacaq. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib. "Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insan həyatını xilas edəcəyik", - Zelenski bildirib.

Aİ iranlı ayətullaha sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) sanksiya siyahısını genişləndirir. APA-nın europe1.fr saytına istinadla xəbərinə görə, son siyahıda Məşhədin imam cüməsi ayətullah Əhməd Aləm Əl-Xudanın da adı yer alır. Qatı mühafizəkarlığı ilə seçilən ayətullah dinc etirazçılara qarşı repressiyada ittiham edilir. Hazırda İranın 204 fiziki və 34 hüquqi şəxs Avropanın sanksiya siyahısına salınıb. Onların Avropaya girişi qadağan edilib, ittifaqdakı hesabları dondurulub. Avropa İttifaqı həmçinin rəsmi Tehranı əcnəbiləri qurama casusluq ittihamı ilə həbs etmək praktikasına da son qoymağa çağırıb.

Xersonda 50 kənd tamamilə dağıdılıb - Zelenski

Xerson vilayətinin işğaldan azad edilmiş ərazisində 50-dən çox kənd rus işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıdılıb. Sozcu.az xəbər verir ki, bunu martın 23-də Xerson vilayətinə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Mən Xerson vilayətindən qayıtdım - mənim günüm ilk növbədə bizim bu bölgəmizə həsr olunmuşdu. İşğalçı bilsin ki, biz terroru bağışlamayacağıq və unutmayacağıq. Bu gün rus ordusu yenidən Xerson vilayətini vurdu, Berislavı vurdu - yerli administrasiyaya, evlərə, muzeyə. Nədənsə, hətta Berislavdakı tarix muzey də Rusiya üçün təhlükədir", - Zelenski qeyd edib.

Ukraynada hər ay 25 min rus əsgəri öldürülür

Hər ay ukraynalı hərbçilər 25 minə qədər rus işğalçısını öldürürlər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri Den Rays deyib. “İnanıram ki, Baxmut rus ordusunun ölməyə getdiyi yerdir”, - deyə Rays bildirib.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 168 150 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 570 tank, 6 898 zirehli maşın, 2 608 artilleriya sistemi, 511 reaktiv yaylım atəşi sistemi, 273 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 203 PUA, 909 qanadlı raket, 18 gəmi/qayıq, 5 452 avtomobil texnikası və avtosistern, 273 xüsusi texnikadan ibarətdir.

Ukraynaya uran tərkibli mərmilər göndərilir? - ABŞ

ABŞ Ukraynaya tərkibində tükənmiş uran olan sursatlar göndərmir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. "Adətən, göndərilən döyüş sursatları ilə bağlı təfərrüatı açıqlamırıq, lakin uran tərkibli sursatları tədarük etmirik", - Kirbi bildirib. Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Baronessa Annabel Qoldi Ukraynaya “Çellenger 2” əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla, döyüş sursatlarının tədarükünün planlaşdırıldığını bildirmişdi.

"Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik!"

Rusiyanın bütün zərbələrinə hərbi, siyasi və hüquqi cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Kramatorskda demək olar ki, daimi hava hücumu sirenası, davamlı atəş təhlükəsi, daimi həyat təhlükəsi var. Məhz orada, Donbasda, Xarkov vilayətində aydındır ki, terror dövlətini başqa heç nə dayandıra bilməz. Amma biz bunu təmin edəcəyik. Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik. Bu gün Rusiyanın Zaporojyeyə zərbələri, Kiyev vilayətinə gecə hücumu... Rusiyanın bütün zərbələrinə həm hərbi, həm siyasi, həm də hüquqi cavab veriləcək. Moskva bu müharibədə itirir", - o bildirib.

Rusların məşhur PUA-sı məhv edildi

Ukrayna ordusu Rusiyaya məxsus "Orlan-10" pilotsuz uçuş aparatını (PUA) məhv edib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.  PUA-nın ölkənin şimalında vurulduğu bildirilir. Sistemin zenit-raket bölmələri tərəfindən məhv edildiyi qeyd olunur.  Qeyd edək ki, bu gecə ruslar İrana məxsus 21 pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib, onlardan 16-sı vurulub. 

Rusiya ordusunda hərbi hissəni özbaşına tərk etmə halları artıb

Rusiya hərbi məhkəmələrinə rusların Ukraynadakı müharibəyə səfərbər olunduğu dövrdə hərbi hissənin icazəsiz tərk edilməsi ilə bağlı artıq 471 cinayət işi daxil olub. Bu barədə Mediazona portalı məlumat yayıb. Hərbi hissəni özbaşına tərk etmək maddəsi üzrə açılan işlər səfərbərlik dövründə qaldırılan işlərin 88%-ni təşkil edir. Onlardan 225 nəfərə artıq hökm çıxarılıb. Cəza hərbçilərin bölməni hansı vaxta görə tərk etməsindən asılıdır. Səfərbərlik başlayandan sonra cəza daha da sərtləşdirilib. İndi bir aydan çox hərbi hissəyə gəlməyəni on ilə qədər həbs gözləyir. Mediazonanın topladığı statistik məlumatlara görə, əksər hallarda bu şərtlər realdır, cəzaların yalnız üçdə biri təxirə salınır. Adı çəkilən maddə üzrə ən çox iş Moskva vilayətində başlanıb. Bundan başqa Kalininqrad, Samara və Çelyabinsk vilayətlərində iyirmidən çox belə hal qeydə alınıb. Eyni zamanda, Rusiyanın 25 vilayətində, o cümlədən Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində bu maddə ilə bir dənə də olsun iş açılmayıb. “Səfərbərlik dövründə” cinayətlərin qalan 12%-i isə “əmrin icra edilməməsi”, “komandirə qarşı zorakılıq” və “fərarilik” kimi cinayət maddələri ilə açılıb. Nizamnamə qaydalarının pozulması və hərbi əmlakın itirilməsi ilə bağlı cinatət işlərinin sayında artma müşahidə olunur. Ümumilikdə araşdırmaçılar 536 belə iş aşkar ediblər.