"Biz Rusiyanın soyqırım sistemini demontaj edəcəyik..." - Zelenski Putinə meydan oxudu

"Ukrayna uşaqları və böyüklərinin deportasiya edilməsi cinayətlərinə xüsusi diqqət yetirilir..." "Ukrayna Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad ediməsinə hazırlaşır..." Beynəlxalq Cinayət Məhkəməsinin köməyilə işğalçıları Ukraynada törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək mümkün olacaq Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Ukrayna ofisinin açılışına hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib. "Bu gün müxtəlif formatlarda, bu və ya digər dərəcədə biz Ukrayna və ukraynalılar üçün ədalət naminə işləmişik. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ölkəmizdə səfərdədir. Bu təsisat və şəxsiyyət, heç şübhəsiz, rusiyalı cinayətkarların məsuliyyətə cəlb edilməsində tarixi rol oynayır", - Ukrayna lideri deyib. Zelenski əmindir ki, Ukrayna xalqına qarşı "Rusiyanın soyqırım siyasətinin" onu düşünən, təsdiq edən və gerçəkləşdirənlərin hamısı üçün mütləq qaçılmaz hüquqi nəticələri olacaq. "Mən vurğulamaq istəyirəm: söhbət təkcə icraçılardan deyil, terrorçu dövlətin ali siyasi və hərbi rəhbərliyindən gedir. Bu gün biz bu barədə Kərim Xanla Kiyevdə görüşümüz zamanı danışmışıq", - o, vurğulayıb. Ukrayna prezidenti deyib ki, işğalçıların hüquqi məsuliyyətə cəlb edilməsi "mürəkkəb iş" olacaq. Buna baxmayaraq o, əmindir ki, Ukrayna məhz hüququn aliliyi müstəvisində və məhz beynəlxalq məhkəmənin gücü ilə Rusiyanın cinayətlərinə cavabı təmin edə biləcək. Zelenski əmindir ki, bu, həm ukraynalılar, həm də digər xalqlar üçün gələcək uzunmüddətli təhlükəsizlik zəmanətlərindən biri olacaq. "Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna ofisinin açılışı yaxınlaşır. Ukrayna Beynəlxalq Cinayət Məhkəməsi və Baş Prokurorunun Ofisi ilə artıq səmərəli əməkdaşlıq edir", - Ukrayna lideri bəyan edib. Zelenski əlavə edib ki, rusiyalıların Ukrayna uşaqları və böyüklərinin deportasiya edilməsi kimi cinayətlərinə xüsusi diqqət yetirilir. "Rusiyanın bütün bu soyqırım sistemini-vintciklərindən arxitektorlarınadək demontaj edəcəyik və qanuni hökmlərədək gedib çıxacağıq", - o, vurğulayıb. Zelenski İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİK) Rusiya aktivlərinin Ukraynaya dəymiş ziyanın kompensasiyasına yönəldilməsi üzrə işə qoşulmağı təklif edib "Bu gün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Matias Korman ilə görüşmüşəm. Bu, dünyanın qabaqcıl ölkələrini birləşdirən ən güclü qlobal təşkilatlardan biridir. O ölkələrin ki, orada insanlar həqiqətən yaşamaq istəyir", - Ukrayna lideri deyib. Onun sözlərinə görə, "bizim məqsədimiz Ukraynanın bu təşkilata tam hüquqlu üzvü kimi qoşulması, habelə İƏİT-nin təcrübəsindən dövlətimizin modernləşdirilməsində istifadə etməkdir". "Bu gün o cümlədən ukraynalılar üçün şəffaf, sadə, biznesin stimullaşdırılması ilə iqtisadi inkişaf və sosial ədalət arasında balansı saxlayan ədalətli vergi sistemi barədə danışmışıq", - prezident qeyd edib. Məlumat verilir ki, Zelenski Kormanla görüşü zamanı İƏİT-yə Rusiya aktivlərinin Rusiya təcavüzünün vurduğu ziyanın kompensasiya edilməsinə yönələn işə qoşulmağı təklif edib. "Ukrayna Silahlı Qüvvələri fəal surətdə torpaqların işğaldan azad edilməsinə hazırlaşır" Zelenski Ali Baş Komandanın stavkasının geniş tərkibdə iclasından danışıb. O, deyib ki, ən ağır döyüşlər əvvəlkitək Donetsk vilayətinin Baxmut rayonunda gedir. "Bu günkü iclasda cəbhə istiqamətlərinin hər birindəki vəziyyət müzakirə edilib, biz bunun təfərrüatları ilə məşğuluq", - prezident deyib. O, əlavə edib ki, Baxmut ətrafında gedən döyüşlər şəhərin müdafiəsi üçün çox əhəmiyyətlidir. "Rusiya insanları ümumiyyətlə hesaba almayaraq onları daima mövqelərimizin hücumuna göndərir. Mən bir misal deyim. Biz stavkanın iclaslarını həftədə iki dəfə keçiririk. Sonuncu iclas cümə axşamı olub. Bu gün Quru Qoşunlarının komandanı general Sırski məruzə edib ki, sonunci iclasdan keçən müddət ərzində onun istiqamətində düşmənin 800 nəfər canlı qüvvəsi məhv edilib", - Zelenski qeyd edib. Prezident təsdiq edib ki, Ukrayna Silahlı Qüvvələri əkshücuma hazırlaşır. "Döyüşçülərimizi torpaqlarımızın azad edilməsi naminə aktiv əməliyyatlara qayıtmağa hazırlaşırıq. Bizim ədalətli məqsədimiz yadımızdadır və hər gün onun gerçəkləşməsinə yaxınlaşırıq. Ukrayna azad olacaq. Bütün Ukrayna azadlığa qovuşacaq", - Zelencki əminliyini ifadə edib.

Rusiya aerodromu raketlə vuruldu - Şok iddia

Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk aerodromunda güclü partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Şahidlər iki partlayışın olduğunu, ardınca anbarlarda yanğının baş verdiyini bildirirlər. Həmçinin məlumata görə, iki Tu-141 “Strij” PUA-sı aerodroma yaxınlaşarkən vurulub. Bundan əlavə, sosial şəbəkələrin Rusiya seqmentində istifadəçilər hərbi obyektin raketlə vurulduğunu iddia edərək panikaya düşüblər.

Atəşkəs təkliflərinə qarşıyıq - Yermak

Ukrayna hakimiyyəti atəşkəs təkliflərinə qarşıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Biz belə atəşkəs təkliflərinə inanmırıq. Rusiya hər zaman barışıqdan öz məqsədləri üçün istifadə edir”, - Yermak bildirib

370-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 370-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 149 240 hərbçi, 3388 ədəd tank, 6630 ədəd zirehli döyüş maşını, 2383 ədəd artilleriya sistemi, 478 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 247 hava hücumundan müdafiə sistemi, 300 ədəd hərbi təyyarə, 288 ədəd helikopter, 5252 ədəd avtomobil texnikası, 2 051 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 230 xüsusi avadanlıq itirib.

Gürcüstana Saakaşvili ilə bağlı xəbərdarlıq...

Avropa Birliyinin (AB) Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin ədliyyə naziri Rati Qreqadzeyə həbsdə olan eks-prezident Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən narahat olan AB-yə üzv ölkələrin rəsmi demarşını (xəbərdarlıq) çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə AB diplomatı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, AB-yə üzv 27 ölkənin hər biri Brüsseldə bu demarşla razılaşıb.

İrana daha bir zərbə: 12 nəfər də qara siyahıya salındı

Kanada daha 12 nəfəri İrana qarşı sanksiyalar siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Kanada İranda insan haqlarının pozulması səbəbindən sanksiya siyahısını genişləndirib. Qara siyahıya salınan şəxslərin Kanadaya girişinə qadağa qoyulması ilə yanaşı, bank hesabları dondurulacaq.

Bunun sülh planı olduğunu düşünmürəm - Zelenski

Mənə elə gəlir ki, bu, Çinin sülh planı deyil, mövcud vəziyyətlə bağlı düşüncələrdir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bunun sülh planı olduğunu düşünmürəm. Mənə elə gəlir ki, Çin sadəcə öz fikirlərini bildirib. Yaxşı ki, Çin Ukraynadakı müharibədən danışmağa başlayıb. Digər sual isə sözlərin arxasında nəyin dayanmasıdır”, - Zelenski bildirib. Qeyd edək ki, Pekin bundan əvvəl 12 bəndlik sülh təklifi ilə çıxış edib.

Ukrayna ordusu 9 “Şahid” PUA-sını məhv etdi

Rusiya qoşunları İran istehsalı olan PUA-larla Kiyevə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus 9 “Şahid” PUA-sını məhv edib.

Zelenski Moskalyevi komandanlıqdan uzaqlaşdırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Eduard Moskalyevi Birləşmiş Qüvvələr Əməliyyatı Komandanlığının rəhbəri vəzifəsindən azad edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Zelenski müvafiq fərman verib. Qeyd edək ki, E.Moskalyev ötən ilin martın 15-də sözügedən vəzifədə Aleksandr Pavlyuku əvəzləmişdi.

Krım Ukraynanındır - ABŞ

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna Krımının qanunsuz ilhaqını heç vaxt tanımayacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. "Doqquz il əvvəl Rusiya Ukraynanı işğal etdi, Krımı ələ keçirdi və beynəlxalq hüququ, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü açıq şəkildə pozdu. ABŞ Ukrayna Krım Platformasının Rusiyanın davam edən işğalına qlobal diqqəti cəlb etmək səylərini alqışlayır. Vaşinqton yarımadanın Rusiya tərəfindən ilhaqını tanımır və heç vaxt tanımayacaq, Krım Ukraynadır!”, - məlumatda deyilir.

Dollar bahalaşdı, Tehran ayağa qalxdı

Dünən gecə saatlarında Tehranın müxtəlif bölgələrində dolların kəskin bahalaşması səbəbilə hökumət əleyhinə etiraz nümayişləri keçirilib. Aktual.az xəbər verir ki, Çitqar, Ekbatan qəsəbəsi, Punək, Firdövs bulvarı, Narmək, Niyavəran, Darabadda keçirilən nümayişlərdə etirazçılar hökumət əleyhinə fikirlər söyləyib, dolların qalxmasına etirazlarını bildiriblər. Əllərində "Bir dollar 56 min tümənə bərabərdir” yazılı plakatlar tutan bəzi etirazçılar dolların və digər valyutaların qiymətinin hər saat artması ilə bağlı "boz təbəqə”nin susmasına etiraz ediblər.

Boris Conson NATO-nun Baş katibi olmaq istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib.  "Azərbaycan Reallığı" xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. "Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə Conson bildirib. Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər. Boris Conson isə 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb.