Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək - Zelenski

Ukraynada davam edən müharibədə mart ayında dönüş nöqtəsi yarana bilər. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib. O, bunu mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib. Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Vladimir Putin hələ ki, beşinci müddətə prezident olmaq niyyətini rəsmən açıqlamayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Qəzzada ölən jurnalistlərin sayı artdı

İsrail-Fələstin toqquşması nəticəsində ölən jurnalistlərin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat verib. Fələstin və İsrail arasında müharibə başlayandan 61 media nümayəndəsi həlak olub.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 647-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 331110 hərbçi, 5571 ədəd tank, 10385 ədəd zirehli döyüş maşını, 7941 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 410 ədəd avtomobil texnikası, 5994 ədəd PUA, 1568 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1138 xüsusi avadanlıq itirib.

Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır - Jdanov

Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Onu zədələmək üçün gücümüz və vasitəmiz var. Körpünün vurulmaması hərbi qərardan daha çox, siyasi xarakter daşıyır. Struktur texniki cəhətdən o qədər mürəkkəbdir ki, bu körpüdəki hər hansı partlayış onun işinin dayanmasına və uzunmüddətli təmir-bərpa işlərinə səbəb ola bilər”, – Jdanov əlavə edib.

Rusiyanın Ukraynadakı itkiləri 330 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1280 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 330 040 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 32 zirehli döyüş maşını, 22 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Ukrayna üçün Krımı qaytarmaq daha asandır - Zelenski

Ukrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. "Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib. Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.

Qüdsdə terror: 3 ölü, 5 yaralı

10:08 Qüdsdə terror aktı törədilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İlkin məlumata görə, avtobus dayanacağında atışma baş verib. Atışma nəticəsində 6 nəfərin yaralandığı bildirilir. *** Qüdsdə ətrafdakılara atəş açan iki nəfər yerindəcə öldürülüb. Bu barədə İsrail polisi məlumat verib. Qeyd olunub ki, terror aktı nəticəsində 1 mülki vətəndaş ölüb, 5 nəfər isə yaralanıb.

Ukrayna ordusu bu vilayətdə Rusiya qoşunlarının müqavimətini qıraraq irəlilədi...

Ukrayna döyüşçüləri Zaporojye vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirərək irəliləyiblər. Sozcu.az “UNİAN”a istinadal xəbər verir ki, bu haqda  ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (“ISW”) hesabatında bildirilir.  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi rəsmi məlumata görə, Ukrayna qoşunları Melitopol istiqamətində hücum əməliyyatlarını davam etdirib. Hərbi icmalçı Konstantin Maşovets isə bildirib ki, son bir neçə gündə Ukrayna qoşunları Rabotinodan qərbdə Kopani istiqamətində (Rabotinodan 5 km şimal-qərbdə) qeyri-müəyyən uğura imza atıblar. Rusiyalı hərbi bloqçular iddia edirlər ki, Ukrayna qüvvələri ağır texnika və zirehli texnikanın dəstəyi ilə Rabotinonun qərbində və Novoprokopovka yaxınlığında (Rabotinonun cənubu) uğursuz hücuma keçiblər. Belə bloqçulardan biri iddia edir ki, Rusiya qüvvələri Verbovoye yaxınlığında (Rabotinodan 9 km şərqdə) Ukraynanın zirehli hücumunu dəf edib. İşğalçılar da noyabrın 28-də Zaporojye vilayətinin qərbində quru hücumlarını davam etdiriblər, lakin heç bir təsdiqlənmiş irəliləyiş əldə etməyiblər. Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının Rabotino və Novoprokopovka yaxınlığında uğursuz hücuma keçdiyini bildirib. Rusiyalı hərbi bloger hava şəraitinin pisləşməsi səbəbindən hər iki tərəfin hava kəşfiyyatında çətinlik çəkdiyini iddia edib.

Rusiyanın ŞOK itkiləri açıqlandı

Ukrayna müharibənin 643-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 326 440 hərbçi, 5523 ədəd tank, 10285 ədəd zirehli döyüş maşını, 7876 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 302 ədəd avtomobil texnikası, 5905 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.

ABŞ institutu: "Ehtimal olunan danışıqlar Ukraynanın xeyrinə, Rusiyanın ziyanına olacaq"

“Atəşkəs və ya fasilə yalnız Ukraynanın xeyrinə olacaq”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, Kiyevə texnikaların təmiri, qoşunların istirahəti, yenidən qruplaşdırılması və yeni hücumlara hazırlıq üçün lazımdır: “Bəzilərinin fikrincə, atəşkəs Ukraynaya “Minsk-3” razılaşması üçün imkan yaradacaq. Ekspertlər düşünürlər ki, danışıqlar Moskva üçün xüsusilə zərərli olacaq. Çünki Kreml ehtimal olunan qələbənin meyarlarını və məqsədini hələ dəqiq müəyyənləşdirməyib. Bunun olmaması Rusiya daxilində sabitliyin pozulmasına səbəb olub. Rusiya işğal etdiyi ərazilərə - Donetsk, Luqansk, Xerson və Zaporojyeyə tam nəzarəti təmin etmədikcə danışıqlara getməyəcək”. Qərbli analitiklər hesab edirlər ki, əlverişsiz hava şəraiti döyüş meydanındakı duruma təsir göstərib: “Hərbi əməliyyatların tempi zəifləyib. Amma döyüşlər tam dayanmayıb. Yaxın günlərdə Qara dənizdə həm mülki, həm də hərbi gəmilər üçün mina təhlükəsi artacaq. Çünki fırtınanın təsiri ilə minalar hərəkət edir”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Rusiyanın itkiləri 325 mnə yaxınlaşır

Ukrayna müharibənin 641-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 324 830 hərbçi, 5513 ədəd tank, 10279 ədəd zirehli döyüş maşını, 7874 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 288 ədəd avtomobil texnikası, 5901 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.

Ukraynanı dəstəkləməyə davam edəcəyik - Kansler

Almaniya büdcə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Sosial Demokrat Partiyasının regional qurultayında Almaniya kansleri Olaf Şolz deyib. O bəyan edib ki, Almaniya hakimiyyəti müharibənin iqtisadi nəticələrini yüngülləşdirmək və ölkədə harmoniyanı qorumaq üçün hər şeyi edəcək. Kanslerin sözlərinə görə, hökumət Almaniyada sənayenin modernləşdirilməsi layihəsinə dəstək verəcək.