Rusiyanın itkiləri 510 minə yaxınlaşır

Ukrayna müharibənin 830-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 509 860 hərbçi, 7 765 ədəd tank, 14 980 ədəd zirehli döyüş maşını, 13 233 ədəd artilleriya sistemi, 1 089 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 821 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 092 ədəd avtomobil texnikası, 10 699 ədəd PUA, 2 268 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 195 xüsusi avadanlıq itirib.

Share on Facebook