Putin Rusiyaya qarşı sanksiyaların neqativ təsirini açıq şəkildə etiraf edib, ancaq...

"Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə çempiondur..." "Kreml diktatoru texnoloji, kadr və maliyyə suverenliyini təmin etməyə çağırış edib..." Bundan öncə Kreml diktatoru sanksiyaların Rusiyaya yalnız fayda verəcəyini bəyan edib... Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına neqativ təsir göstərə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "qazeta.ru" nəşri məlumat yayıb. O, hökumətin iclasında, guya, iqtisadi uğurlardan danışıb. Kreml diktatoru iclas iştirakçılarını zəifliyə yol verməməyə və "texnoloji, kadr və maliyyə suverenliyini" təmin etməyə çağırış edib, çünki "Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-legitim məhdudiyyətlər ortamüddətli perspektivdə ona neqativ təsir göstərə bilər". Maraqlıdır ki, ötən ilin mart ayında Putin bəyan edib ki, sanksiyalar Rusiyanın "yalnız xeyrinə olacaq". Terrorçu dövlətin prezidenti həmçinin deyib ki, Rusiya iqtisadiyyatı 2022-ci ilin iyul ayından, guya, pozitiv dinamika göstərir, lakin artım trayektoriyasına qayıdış məmurları rahat etməməlidir. Bundan başqa, prezident aşağıdakı tezisləri ifadə edib: - daxili tələbin dinamikası ilə Rusiya Bankının inflyasiya üzrə oriyentirləri arasında uyğunluq olmalıdır; - işgüzar fəallığı çətinləşdirən struktur məhdudiyyətlərinin ardıcıl olaraq aradan qaldırılmasını həyata keçirmək lazımdır; - əsas tərəfdaşlar ilə xarici ticarət dövriyyəsinin həcmi, o cümlədən logistikanın yenidən qurulması sayəsində artır; -Uzaq Şərq limanlarında malların yığılıb qalması problemi həll edilib; - Rusiyanın emal sənayesinin dinamikası aşağı səviyyədə qalmaqdadır; - Rusiya yaşayış evlərinin istifadəyə verilməsi və avtomobil yollarının təmirində rekord həcmlərə çatıb, diktator bu tempi saxlamağı əmr edib; - BAM-da işlərin növbəti mərhələsi başa çatıb. Bir gün öncə Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə çempiondur. Lakin o, qeyd edib ki, Rusiya hökyməti ölkə iqtisadiyyatının artımı üçün işləməkdə davam edir və sanksiyalar təzyiqinə rəğmən, ölkədə artım müşahidə edilir. Qərb dövlətləri Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsindən sonra ona qarşı çoxsaylı sanksiya məhdudiyyətlərini tətbiq edib.

Şok: Bayden Netanyahunu istefaya çağırdı

Ümid edirəm ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkədəki etirazlar fonunda istefa verəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Hazırda hüquqi inqilab ətrafındakı vəziyyət məni dərindən narahat edir. İsrail bu yolla davam edə bilməz və mən bunu artıq vurğulamışam”, - Bayden bildirib. ABŞ Prezidenti qeyd edib ki, Netanyahu məhkəmə islahatlarından imtina etməyənə qədər onu Vaşinqtona dəvət etməyəcək. Netanyahu isə öz növbəsində ABŞ-ı İsrailin daxili işlərinə qarışmamağa çağırıb.

Bu təşkilat İranla bağlı hesabat yaydı: Repressiyalar…

Tehran rejimi son qiyam zamanı xalqa qarşı dəhşətli repressiyalara əl atıb, etirazçıları susdurmaq üçün döyüş silahlarından istifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yaydığı son hesabatda bildirilib. Bu hesabatda həmçinin İranın etirazları ilə bağlı BMT-nin İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsinin yaradılmasından məmnunluq ifadə edilib.

Ukraynalı nazir Rusiyanın minlərlə yetim uşağı oğurladığını açıqladı: “Bununla açıq şəkildə lovğalanırlar”

“Rusiya bütün genişmiqyaslı müharibə dövründə işğal olunmuş ərazilərdən 16 207 uşaq çıxarıb, həmçinin tam və ya qismən yetim olan 4 390 uşağı oğurlayıb”. Bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk bildirib. Telemarafon zamanı o qeyd edib ki, Ukrayna prokurorluqdan, kəşfiyyat xidmətindən və digər mənbələrdən aldığı bu hallarla bağlı bütün məlumatları Beynəlxalq Cinayət Məhkəməsinə ötürür. Üstəlik, Vereşşukun sözlərinə görə, rusiyalılar özləri də Ukraynada oğurlanmış uşaqların Rusiyada övladlığa götürülməsi barədə məlumat verdikləri zaman faktiki olaraq törətdikləri cinayətləri etiraf etmiş olurlar. “Onlar uşağı qaytarmaq əvəzinə, övladlığa götürürlər və açıq şəkildə də bununla lovğalanırlar. Bununla da qeyd edilən faktları bütün dünyaya nümayiş etdirirlər ki, bu halda da əlavə sübuta ehtiyac qalmır”, - deyə Vereşşuk vurğulayıb. Vereşşuk əlavə edib ki, uşaqların Ukraynaya qaytarılması üçün beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiqini artırmaq, sanksiyaları gücləndirmək lazımdır. O qeyd edib ki, həmçinin Rusiya “soyqırımı cinayətini törədənləri məsuliyyətə cəlb etmək” ittihamı üzrə məsuliyyətə cəlb edilməlidir. Mənbə: ZN.ua

Rusiyanın 10-cu alayı tanklarının çoxunu itirdi

Ruslar şəhəri mühasirəyə almaq üçün Avdeyevkaya hücumu gücləndiriblər. Amma onlar zirehli texnikanın böyük itkiləri hesabına yalnız cüzi irəliləyə biliblər. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub. “Rusiyanın 10-cu tank alayı Avdeyevkanı cənubdan mühasirəyə almağa çalışarkən tanklarının çoxunu itirib. Alay 3-cü Ordu Korpusuna daxildir və 2022-ci ilin avqustundan bəri yaranan ilk böyük yeni birləşmədir”, - kəşfiyyat bildirib.

"Ruslar hər dəfə məğlubiyyət yaxınlaşanda nüvə şantajına müraciət edirlər"

Beynəlxalq ictimaiyyət Rusiyanın nüvə silahlarının nəzarətsiz yayılan ölkəyə çevrilməsinin qarşısını almalıdır. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib. "Ruslar hər dəfə məğlubiyyət yaxınlaşanda nüvə şantajına müraciət edirlər. Bu, şimal körpüsündə əks-hücumumuz zamanı baş verəndə, Çernobıl AES-ə qarşı təhdidlərlə eyni vəziyyət yarandı. Daha sonra Zaporojye AES və çirkli bomba - Ukraynanın bunu hazırladığına dair rəvayətlər söylədilər. Bu formada şantaj edirlər: "Biz özümüz çirkli bombadan istifadə edəcəyik və bunun üçün Ukraynanı günahlandıracağıq", - ekspert deyib. Bundan əlavə, o qeyd edib ki, Kremlin Suriya və ya Venesuelaya nüvə silahı verəcəyi təhlükəsi var.

İsrail hava limanı bağlandı

İsrailin Ben Qurion hava limanı bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, buna səbəb məhkəmə islahatlarına qarşı etirazlardır. Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etiraz aksiyaları başlayıb.

Ukrayna Moskva yaxınlığındakı rayonu vurdu

Rusiyanın Tula vilayətinin Kireyevsk rayonunda partlayış baş verib. Sozcu.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə ev zərər görüb, 3 nəfər xəsarət alıb. Partlayışın dəqiq səbəbi məlum olmasa da, ilkin ehtimala görə, operativ-taktiki kəşfiyyat uçuş aparatı əraziyə zərbə endirib. *** Məlumata görə, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus "Tu-141 Strij" pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib. Partlayış nəticəsində üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb. Rayonun paytaxt Moskvadan 200 km uzaqlıqda yerləşdiyi bildirilir.

İsraildə böhran: istefalar başladı – Təcili

İsrail Baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad etməsinin ardınca ciddi siyasi dalğalanmalar yaşanır. Sozcu.az xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Qalantın vəzifədən azad edilməsindən sonra ölkə daxilində baş verən etirazlar və vətəndaş iğtişaşlarının İsrail dövlətinin təhlükəsizliyini təhlükə altına aldığını bildiriblər. İsrailin Nyu Yorkdakı Baş konsulu Asəf Zamir isə bu olaydan sonra Baş nazir Benyamin Netanyahuya etiraz olaraq istefa verdiyini Tvitter hesabında elan edib. İsrailin Baş Qərargah rəisinin sabiq müavini Yoav Qolan da Tvitterdə “Dünya müxtəlif yerlərində fəaliyyət göstərən səfirliklərdəki bütün İsrail nümayəndələrini dərhal istefa verməyə çağırıram. Qeyri-legitim hökumətə xidmət etməyin” deyə çağırış edib. Qeyd edək ki, Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır. Bunun ardınca isə bu gün Netanyahu onu istefaya göndərib.

Norveç Saakaşviliyə mükafat verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Sjur Lindebrekke mükafatına layiq görülüb. Sozcu.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb. “İnsan hüquqları və demokratiya uğrunda mübarizədə insan haqları və demokratiyanın ən yüksək səviyyəsinə malik ölkədən mükafat almaqdan şərəf duyuram”, - Saakaşvili bildirib. Osloda keçirilən mükafatlandırma mərasimində keçmiş prezidentin anası Giuli Alasaniya və oğlu Nikoloz Saakaşvili iştirak edib.

"Kreml xalqımızı mənəvi əsarət altına almaq cəhdlərində uduzur" - Zelenski

Prezident Vladimir Zelenski axşam videomüraciətində ABŞ, Litva, Finlandiya, Almaniya, Yaponiyadan yeni yardım paketləri və dünyanın bütün sahələrdə Rusiyaya təzyiqi artırmaq üçün atdığı digər addımlardan danışıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Ukrayna mətbuatı məlumat verib. “Biz addım-addım və hər yerdə mümkün olan hər şeyi edirik ki, rus revanşizmi Ukraynaya qarşı təcavüzünün hər bir elementində məğlub olsun. Rusiya döyüş meydanında, iqtisadiyyatda, beynəlxalq siyasətdə, tarixi həqiqəti öz imperiya mifləri ilə əvəz etmək cəhdlərində uduzmalıdır. Kreml xalqımızı mənəvi əsarət altına almaq cəhdlərində uduzur, məhz Rusiyanın tammiqyaslı itkisi yeni təcavüz və böhranlara qarşı etibarlı təminat olacaq”, - deyə Zelenski vurğulayıb.

Rusiyanın itkiləri 170 minə yaxınlaşır - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 169 890 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 580 tank, 6 932 zirehli maşın, 2 623 artilleriya sistemi, 520 reaktiv yaylım atəşi sistemi, 276 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 214 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 483 avtomobil texnikası və avtosistern, 279 xüsusi texnikadan ibarətdir.