Rumıniyanın Ali Müdafiə Şurası “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib.
Sozcu.az xəbər verir ki, bu barədə Rumıniya Prezident Administrasiyasının saytında məlumat verilib.
"Müttəfiqlərlə sıx koordinasiya aparan Şura üzvləri Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini, eləcə də bu vəziyyətin regional nəticələrini, o cümlədən Rumıniyanın təhlükəsizliyi üçün "Patriot" sistemini Ukraynaya təhvil vermək qərarına gəliblər”, - bəyanatda deyilir.