Ukrayna ordusu sutka ərzində Belqorod vilayəti ərazisinə 110-dan çox mərmi atıb.
Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
“10-dan çox yaşayış evi, 2 kommersiya obyekti, 50 avtomobil və 3 həyətyanı sahəyə ziyan dəyib”, - Qladkov bildirib.