Rusiyanın itkiləri 530 minə yaxınlaşır

Ukrayna müharibənin 847-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 529 750 hərbçi, 7 984 ədəd tank, 15 319 ədəd zirehli döyüş maşını, 14 007 ədəd artilleriya sistemi, 1 104 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 857 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 078 ədəd avtomobil texnikası, 11 221 ədəd PUA, 2 297 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 351 xüsusi avadanlıq itirib.

Share on Facebook