Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb.
Sozcu.az xəbər verir ki, xilasedicilər helikopterin qəzaya uğradığı ehtimal edilən ərazidən görüntülər paylaşıb.
Ərazidə qatı duman müşahidə olunur. Qəza ilə bağlı hər hansı izə rastlanmayıb.