10:18
Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb.
Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb.
***
Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib:
“Şirkət işçilərini aparan iki “Qazel” və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Hadisə Borisovsk rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Təəssüf ki, partlayış nəticəsində 6 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb”.