"Rusiya Baxmutda strateji hücum əməliyyatı apara bilmir, ətalətlə hücumlar edir..."
Rusiyanın Baxmut şəhərini zəbt etmək planları uğursuzluqlara düçar olub, rusiyalılar ətalətlə hücumlar edir.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak "Telegram-kanal"ında məlumat verib.
"Müdafiə qüvvələri düşmənə şərqdə müqavimət göstərməkdə davam edir, hazırda onların Baxmutu işğal etmək planları iflasa uğramaqdadır", - Yermak yazıb.
Öz tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qruplaşmasının mətbuat katibi Sergey Çerevatı deyib ki, Rusiya qüvvələri Baxmutun zəbt edilməsi əməliyyatını başa çatdıra bilmir və "ətalətlə" hücumları davam etdirir.
"Hazırda onlar mahiyyətcə taktiki olaraq Baxmut rayon mərkəzinin zəbt edilməsi üzrə əməliyyatı başa çatdıra bilmir. Bəli, orada çox aktiv döyüşlər gedir, onlar hələ də ətalətlə onlarla hücumlar edir, lakin böyük itkilərə məruz qalır. Sutka ərzində şəhərdə 16 döyüş toqquşması baş verib. Bu zaman işğalçılar yaşayış məntəqəsini və ətraf əraziləri 55 dəfə atəşlərə məruz qoyub.
O, vurğulayıb ki, rusiyalıların indiki hərəkətləri strateji hücum əməliyyatına bənzəmir.
Bu arada Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) ekspertləri bəyan edib ki, Rusiya mətbuatının Rusiya Silahlı Qüvvələrinin Baxmutun çox hissəsinə nəzarət etməsi barədə bəyanatları həqiqətə uyğun deyil.
"ISW Priqojinin "vaqnerçilər"in, guya, Baxmut inzibati mərkəzinin və Baxmutka çayının qərb sahilinin 600-700 metrliyində olması barədə bəyanatının vizual sübutlarını görmür. Həmçinin Rusiyanın şəhərin, guya, 70 faizini işğal etməsi də həqiqətə uyğun deyil.
ISW-nin dəyərləndirməsinə görə, martın 8-nə Rusiya Baxmutun 50 faizinə nəzarət edib, o zamandan rusiyalılar əhəmiyyətli irəliləyişə nail olmayıb", - amerikalı mütəxəssislər vurğulayıb.