Ermənistan XİN Türkiyə ilə sərhədə dair məlumat yaydı

Ermənistan tezliklə Türkiyəyə Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq.

Sozcu.az Sputnik-Armenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib, hazırda yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - deyə XİN vurğulayıb.

Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.

Share on Facebook