Haniyənin qaldığı evə bomba qoyulubmuş - Şok

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin raket zərbələri nəticəsində deyil, Tehranda qonaq olduğu evə yerləşdirilən bombanın işə düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Bildirilib ki, bu məlumatı amerikalı jurnalistlərə Yaxın Şərqdən olan 7 mənbə verib. Belə ki, partlayıcı qurğu təxminən 2 ay öncə binadan gizlədilib. Eyni zamanda Haniyənin olduğu ev SEPAH-ın nəzarəti və mühafizəsi altında olub. Bu, Tehranın yüksək səviyyəli ərazisində yerləşən böyük Nəşat kompleksinin bir hissəsidir. Haniyənin otağında olduğu təsdiqləndikdən sonra bomba uzaqdan partladılıb. Partlayışda bir cangüdən də həlak olub. Partlayış o qədər güclü olub ki, binanın pəncərələri sınıb, xarici divar qismən uçub. Haniyə əvvəllər Tehrana səfər edərkən bir neçə dəfə bu evdə qalıb.

Rusiyanın itkiləri 580 minə yaxınlaşır

Ukrayna müharibənin 890-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 579 490 hərbçi, 8 399 ədəd tank, 16 203 ədəd zirehli döyüş maşını, 16 119 ədəd artilleriya sistemi, 1 132 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 907 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 816 ədəd avtomobil texnikası, 12 968 ədəd PUA, 2407 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 713 xüsusi avadanlıq itirib.

İsraildən zərbə: Hizbullahın ikinci adamı öldürüldü

İsrail ordusunun dünən Beyruta zərbələri nəticəsində Hizbullahın ikinci adamı Hacı Möhsün (Fuad Şukar) öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Möhsün Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri və yüksək dəqiqlikli raket layihəsinin rəhbəri idi. O, 1983-cü ildə Beyrutdakı ABŞ dəniz piyadalarının kazarmasının partladılmasına və 200-dən çox dəniz piyadasının öldürülməsinə görə Vaşinqton tərəfindən axtarışda olub. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat təyin etmişdi. Qeyd edək ki, İsrail tərəfi dünən Beyruta endirilən zərbələr nəticəsində Hizbullahın iki komandirinin öldürüldüyünü açıqlamışdı.

Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Əl Mayadin" məlumat yayıb. Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb. “Nournyus”un (Nournews) verdiyi məlumata görə isə HƏMAS Siyasi Bürosunun rəhbəri "idarə olunan təyyarə mərmisi" ilə öldürülüb.

Trampın qardaşı oğlu: Əmim dəlidir, ona səs verməyəcəm!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi planlaşdırır. “Ailələr mürəkkəbdir. Hər ailənin dəli əmisi olur. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib.

Rusiyanın Ukraynadakı itkiləri 577 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1060 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 577 060 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 25 tank, 38 zirehli döyüş maşını, 46 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Kamala Harris Barak Obamaya təşəkkür etdi

ABŞ prezidentliyinə namizəd Kamala Harris keçmiş Prezident Barak Obama və xanımı Mişel Obamanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib. Sozcu.az məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. Qeyd edək ki, Barak Obama bu həftənin əvvəlində həyat yoldaşı ilə birlikdə Harrisə zəng edərək dəstəklərini ifadə ediblər.

Həkim yeni doğulan körpəni oğurladı

Braziliyada uşaq nevroloqu yeni doğulmuş körpəni anası ilə yatdığı palatadan qaçırıb. Braziliyanın Qoyas əyalətində 42 yaşlı tibb işçisi uşağı qaçırdığı üçün həbs edilib. Məlumata görə, həkim Klaudiya Alves ana və uşağın yatdığı otağa daxil olaraq qızı bel çantasına qoyub və xəstəxanadan çıxarıb. Qızlarının itdiyini görən valideynlər polisə müraciət ediblər. Kamera görüntülərinə baxdıqdan sonra hüquq-mühafizə orqanları oğrunun yerini müəyyənləşdirib. Uşaq Alvesin evində tapılıb. Yeni doğulmuş körpə ailəsinə qaytarılıb, onu oğurlayan həkim həbs olunub və onu 8 ilə qədər həbs cəzası gözləyə bilər.

Rusiyanın itkiləri 571 mini ötdü

Ukrayna müharibənin 883-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 571 350 hərbçi, 8 313 ədəd tank, 16 039 ədəd zirehli döyüş maşını, 15 804 ədəd artilleriya sistemi, 1 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 904 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 358 ədəd avtomobil texnikası, 12 610 ədəd PUA, 2 402 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 661 xüsusi avadanlıq itirib.

Moskvada yüksək rütbəli zabitin avtomobili partladıldı - özü və arvadı yaralandı

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb. O, partlayış nəticəsində ayağının bir hissəsini itirib. Xatırladaq ki, bu gün Moskvanın şimalında"Toyota Land Cruiser" avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.

Bayden sabah ictimaiyyət qarşısına çıxacaq

ABŞ Prezidenti Co Bayden iyulun 24-də seçki kampaniyasından imtinasına həsr olunmuş nitqlə çıxış edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin jurnalisti Tayler Peycer X səhifəsində yazıb. “Baydenin prezidentlik yarışından çıxması ilə bağlı nitqi sabaha planlaşdırılır”, - deyə o bildirib.

Ukrayna Rusiyanın əsas neft zavodunu 3-cü dəfə vurdu

İyulun 22-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələri Tuapsedə Rusiyanın Qara dəniz sahilində yeganə neft emalı zavoduna növbəti dəfə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb. “PUA qalıqlarının düşməsi nəticəsində Tuapsedəki neft emalı zavodunun infrastrukturuna ziyan dəyib. 50 kv/m sahəni əhatə edən yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb”, - məlumatda bildirilib. Krasnodar diyarının Tuapse rayonunun rəhbəri Sergey Boyko bildirib ki, bundan əvvəl şəhərin üzərində səkkiz pilotsuz təyyarə vurulub. Onun sözlərinə görə, bundan əvvəl yanvar və may ayında Tuapse neft emalı zavoduna dron hücumu olub. Qeyd edək ki, Ukrayna 6 ay ərzində Rusiyanın 50-yə yaxın neft və neft emalı zavoduna zərbə endirib.